Azərbaycan Ermənistan ordusu tərəfindən iki yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsi ilə bağlı "sərt cavab" variantını seçərsə, bu, keçən ilin aprel döyüşlərinə bənzəməlidir.
Gündəm Xəbər-in İstiPress-ə istinadən məlumatına görə, bu barədə rusiyalı jurnalist Mixail Belyayevin iyulun 4-də Ermənistan ordusu tərəfindən Füzuli rayonun Alxanlı kəndinə edilmiş minaatan hücumu nəticəsinə iki yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın həlak olması, həmçinin ailənin yaxın qohumu Sərvinaz Quliyevanın ağır yaralanması ilə bağlı yazdığı məqalədə bildirilir.
Rusiyadan gecə döyüşləri barədə etiraf
Müəllif son günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin 2016-cı il martın ikinci yarısını xatırladır. Onda da Ermənistan ordusunun hücumları nəticəsində bir neçə dinc sakin öldürülmüşdü: "Bundan sonra Azərbaycan ordusu Ermənistan tərəfə ağır zərbə vurdu və bir neçə strateji yüksəkliyi ələ keçirdi".
Mixail Belyayevin fikrincə, Azərbaycan bu variantı seçərsə, bu, lokal hücum əməliyyatı olacaq:
"Nəticədə, Azərbaycan ordusu yeni pozisiyalar ələ keçirəcək ki, mövqeləri möhkəmlənsin və danışıqlarda Ermənistan üçün yeganə çıxış yolu substantiv danışıqlara başlamaq olsun. Hadisələrin bu cür inkişafı nəticəsində İrəvanın danışıqlarda mövqeyi zəifləyəcək ki, bu da müəyyən dərəcədə Rusiyanın regional maraqlarına uyğun olacaq".
Müəllif fikirlərini Ermənistanın maksimalist mövqeyi ilə izah edir:
"Rusiyanın regiondakı sülh məramı Ermənistanın maksimalist mövqeyi üzündən dalan dirənib. Ermənistan Bakının Dağlıq Qarabağın müstəqilliyini tanımasını şərt qoyaraq bir qarşı belə torpaq azad etmək istəmir ki, bu da tamamilə qeyri-real ssenaridir".
Ermənistanın blitskriqlə Madrid prinsiplərinə tabe edilməsi variantı
Mixail Belyayev bu məqaləsi ilə faktiki olaraq Azərbaycanı blitskriqə, yəni ildırım sürətli müharibəyə çağırıb. İlkin məlumatlardan belə görünür ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün bu döyüş növündən istifadə etməsinə bütün imkanları var.
Hərbi nəzəriyyəyə görə, bu döyüş variantında tanklar mühasirə xəttini yararaq düşmənin arxasına keçir və əsas yolları tutur, aviasiya isə düşmənin əsas hərbi obyektlərini darmadağın edir. Güclü aviasiyaya və tank birləşmələrinə malik Azərbaycanın bu variantı seçməsi ehtimal ediləndir və erməni şərhçilər uzun müddət bu variantı müzakirə edirdilər. Aprel döyüşləri günlərində də Ermənistan ordusu tank birləşmələrini Xankəndiyə yığmaqla bu varianta hazırlaşırdı.
Əslində, bu variantın indi də təkrarlanması mümkündür. Azərbaycan bir zərbə ilə Ağdərə-Kəlbəcər, Cəbrayıl-Zəngilan istiqamətlərini tuta bilər, həmçinin Xankəndi - Laçın istiqamətində əsas obyektləri zərərsizləşdirə bilər. Bu isə rusiyalı şərhçi Mixail Belyayevin dediyi ki, həm Rusiyanı, həm münaqişənin həllini istəyən digər gücləri razı sala bilər. Azərbaycanın müdafiə sistemi beynəlxalq konyukturanı nəzərə alaraq, bu variantı gerçəkləşdirməlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?