Ötən gün düşmən təxribatı nəticəsində həlak olan Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın yas xərclərini Füzuli Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb. Bunu Füzulinin icra başçısı Alı Alıyev deyib. O, bildirib ki, mülki əhaliyə atəş açmaq vəhşilikdir.
"Səhərə kimi Alxanlıda olmuşuq. Bu, ermənilərin növbəti təxribatıdır. İki yaşlı qızın qətlə yetirilməsi sadəcə vəhşilikdir. Axı Zəhranın nə günahı var ki?! Bu hadisəni təsadüf kimi qiymətləndirmirəm. Mülki əhaliyə atəş açaq olmaz. Vəhşilik ermənilərin xislətindən irəli gəlir”.
İcra başçısı, həmçinin qeyd edib ki, kənddə təhlükəsizlik tədbirləri gücləndirilib: "Kənddə təhlükəsizliklə bağlı çox ciddi adımlar atılıb. Polis postları qurulub”.
A.Alıyevın sözlərinə görə, dünyasını dəyişən şəxslərin ailə üzvlərinə maddi yardım ediləcək, məsələylə bağlı Prezident göstəriş verib./azvision.az/
Sorğu
Yeni dizaynımız necədir?