GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gecə qara, küçə qara… Bakının ölüm gətirən zülməti

Gecə qara, küçə qara… Bakının ölüm gətirən zülməti

Tarix: 11-07-2017, 11:05 Bölmə :Cəmiyyət Baxış: 483
Gecə qara, küçə qara… Bakının ölüm gətirən zülməti


Son vaxtlar həm paytaxtda, həm də rayonlarda piyadaların vurulması ilə nəticələnən yol qəza hadisələrinin sayı artıb. Bakı şəhər DYPİ-nin məlumatına görə, əvvəllər piyada vurulmaları ümumi yol-nəqliyyat hadisələrinin 50 faizə qədərini təşkil edirdisə, artıq bu tipli qəzalar 60 faizdən çoxdur. İstər paytaxt, istərsə də rayon yollarında piyada ölümlərinin artmasının əsas səbəblərindən biri yolların gecə saatlarında kifayət qədər işıqlandırılmamasıdır.Hətta işıqlandırılan yollarda belə çox zəif lampalardan istifadə edilir ki, bu yolun hərəkət hissəsini görmək üçün yetərli olmur.
Məsələn, ötən gün gecə saat 4.00 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində piyada Soltan Bayramov vurulub və xəstəxanaya aparılarkən yolda ölüb. İyulun 7-də saat 23.00 radələrində Xətai rayonunun R.Quliyev küçəsində yolu keçən piyada Kamil Əsgərov vurulub və nəticədə, piyada hadisə yerində ölüb.

İyulun 5-də gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Seyid Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Səxavət Heybətovu vurub və nəticədə, piyada hadisə yerində ölüb.

İyulun 3-də saat 1 radələrində Xəzər rayonu ərazisində paytaxt sakini Yuri Filatov vurulub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Əslində, “Avtomobil yolları haqqında” Qanuna əsasən, bütün yollar, küçələr, xüsusən də, yaşayış məntəqələri, hətta ucqar kəndlər belə işıqlandırılmalıdır. Ekspertlər hesab edir ki, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən hər il dövlət büdcəsinə təxminən 100 milyon manat vəsait daxil olur ki, həmin pullar yolların cari təmirinə, işıqlandırmaya və digər bu kimi məsələlərə sərf oluna bilər. Bu baxımdan qənaət rejiminin tətbiq olunması anlaşılmazdır.

Yolları işıqlandırsaq, piyadaların 15-20 fazini qoruya bilərik…

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, ən çox piyada ölümləri qaranlıq saatlarında, yollarda işıqlandırılmanın olmaması səbəbindən baş verir. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, əgər yollar işıqlandırılsa, Azərbaycanda yollarda dünyasını dəyişən piyadaların 15-20 faizini qorumaq olar: “Əgər yolda hərəkət varsa, işıqlar söndürülməməlidir. Bu xüsusən yaşayış məntəqlərinin küçələrinə, ələlxüsus Bakı şəhərinin küçələrinə aiddir. Burada az qala 24 saat hərəkət var. Qənaət məqsədilə dünyada yeni texnologiyalar tətbiq olnur. Biz də o texnologiyalardan istifadə edə bilərik. Doğrudur, bu texnologiyalar bahalıdır, ola bilər ki, tətbiqi baha başa gəlsin. Əslində, bunlara da ehtiyac yoxdur. Əsas magistral əhəmiyyətli küçələr, istənilən küçənin piyada keçidi, avtomobil dayanacağı olan yeri, yolayırıcları, svetoforların qarşısı, dəmiryol keçidləri - harada təhlükəli nöqtələr var, mütləq həmişə işıqlandırılmalıdır. Əgər belə olsa, inanın ki, Azərbaycanda piyadaların 15-20 faizini qorumaq olar”, - deyə Ə. Hüseynov bildirir.

Sürücülər də narazıdır: “Qonaqlar vahiməyə düşür”

Yolların işıqlandırılmamasından ən çox zərər görən həm də sürücülərdir. Paytaxt küçələrində həmsöhbət olduğumuz sürücülərin əksəriyyəti qənaət rejimindən narazıdır. Məsələn, şəhərin mərkəzi küçələrindən birində - Zərifə Əliyeva küçəsində müştəri gözləyən sürücü Səttar Davudov deyir ki, qaranlıqda yola çıxmaq ikiqat təhlükə yaradır: “Əvvəllər bu ərazidə gecələr bütün işıqlar söndürülürdü. “Formula-1” yarışından sonra Hökumət evinin arxasındakı küçədə işıqlar yandırıldı, amma qalan əsas küçələr də daxil olmaqla Bakının, demək olar ki, bütün küçələrində gecələr işıqlar söndürülür. Biz də əziyyət çəkirik, piyadalar da. Xüsusiən də, şəhərimizə gələn qonaqlar belə qaranlıq küçələri görüb vahiməyə düşürlər”.

Digər bir sürücü Vadim Malikov deyir ki, əgər yolun qaranlıq olması səbəbindən sürücü qəza törədərsə, bunu heç kim nəzərə almayacaq: “Mən 2 ildən çoxdur ki, gecələr işə çıxmıram. Lap 3 qat pul təklif eləsələr də, çıxmıram. Çünki əgər yolun işıqlandırılmaması səbəbindən hər hansı qəza baş verərsə, sürücü günahkar sayılacaq. Əslində isə, yolun kənarları nə qədər geniş görünərsə, hərəkət daha təhlükəsiz olar. Sürücü ancaq faranın işıqlandırdığı hissəni görür”, - deyə sürücü bildirir.

Qaranlıq küçələr polisin də işini çətinləşdirir, amma…

Lakin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev piyada vurulmalarının günün qaranlıq vaxtlarında olması ilə razılaşmasa da, işıqların yandırılmamasının onların da işinə müəyyən qədər təsir etdiyini deyir: “Piyada vurulmalarının sırf günün qaranlıq saatlarında baş verdiyini demək düzgün deyil. Məsələn iyulun 7-si 3 piyada vurulması hadisəsi baş verib ki, onlardan ikisi günün işıqlı vaxtlarında, yəni saat 15 və 18-də, biri isə gecə saat 3-də qeydə alınıb. Doğrudur, işıqların söndürülməsi bizim işimizə müəyyən qədər təsir edir. Amma ümumilikdə piyada ölümləri bununla bağlı deyil”.
“Bakı küçələrinin 90 faizi işıqlandırılır” – İşıqlandırma İdarəsi

Qənaət rejimi ilə bağlı Bakı Şəhər İşıqlandırma İdarəsi ilə də əlaqə saxladıq. İdarənin texniki şöbəsinin əməkdaşı Kamal Zeynalov da virtualaz.org-a işıqların söndürülməsi ilə bağlı şikayətlərin olduğunu təsdiqləyir.

Bakı küçələrinin 90 faizinin işıqlandırıldığını deyən K.Zeynalovun sözlərinə görə, qənaət rejimi daha çox kameraların olmadığı və nisbətən kənar küçələrə tətbiq edilir: “Qənaət rejimi ilə bağlı gecə saat 01:00-04:00 arası bəzi küçələrdə işıqlar kəsilir. Bundan əlavə, yollara qoyulmuş işıq dirəklərinin hər 5-10 dirəkdən 3-4-də işıqlar söndürülür. Bizə, əlbəttə ki, şikayətlər gəlir, insanlar narazılıq edir. Bəzən yol polisindən zəng vurub, bəzi kameralar quraşdırılmış küçələrdə işıqların söndürülməsinin təhlükəli olduğunu bildirirlər. Biz bunları nəzərə alırıq və çalışırıq ki, şikayətlər çox olan yerlərdə və kameralar olan küçələrdə işıqlar söndürülməsin”.

K.Zeynalov deyir ki, idarəyə kifayət qədər vəsaət ayrılsa, küçələrdə işıqlar ümumiyyətlə söndürülməz: “Büdcədən bizə pul az ayrılır. Əvvəllər hər kilovatt-saat enerjiyə görə 6 qəpik, sonra 9 qəpik ödəyirdik. İndi bu 11 qəpik olub. İdarənin balansında 90 minə yaxın işıq nöqtəsi var ki, bunların da əksəriyyəti 250-400 vattlıq lampalardır. Buna görə də, qənaət etməyə məcburuq. Qənaət rejiminin nə vaxta qədər davam edəcəyi isə məlum deyil”, - deyə K.Zeynalov bildirdi./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən ...

    17-10-2015, 13:28

  • 
  • Gəncə-Şəmkir yolunda piyada vuruldu

    Gəncə-Şəmkir yolunda piyada vuruldu ...

    7-05-2014, 10:04

  • 
  • Qəbələdə ağır qəza: piyada öldü

    Qəbələdə ağır qəza: piyada öldü ...

    8-10-2016, 23:43

  • 
  • Bakı-Sumqayıt yolunda piyada vuruldu (FOTO)

    Bakı-Sumqayıt yolunda piyada vuruldu (FOTO) ...

    7-01-2015, 10:36

  • 
  • Gəncədə piyada vurularaq öldü

    Gəncədə piyada vurularaq öldü ...

    20-01-2016, 11:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu