Ağdam rayonunda məskunlaşan Laçın rayon sakini Budaqov Afiqin verdiyi məlumata görə, 9 dekabr 2016-cı ildə avtoqəza törədib. Budaqov Arifin sözlərinə görə, yolla gedərkən iki maşın toqquşub, maşınlardan biri onun idarə etdiyi avtomobilə dəyib. Avtoqəzadan sonra maşını 2 ay cərimə meydançasında saxlanılıb.
Avtoqəzanın araşdırmasından sonra Afiq Budaqova ara məsafəsini az saxladığına görə 40 AZN və 3 bal cərimə yazılıb. Budaqov Afiqin sözlərinə görə, ona bildiriblər ki, dəymiş ziyanı Dövlət Sığorta Şirkəti ödəməlidir. Dövlət Sığorta Şirkətinin Ağdam rayon filialına gedən Afiq Budaqova əvvəlcə bildiriblər ki, gecikib, narazılıqdan sonra isə sənədlərin siyahısını veriblər ki, sənədələri gətirdikdən sonra ona dəymiş ziyanı ödəyəcəklər.
Aylardır ki, get-gələ salındığını deyən Afiq Budaqov qeyd etdi ki, Dövlət Sığorta Şirkətinin Ağdam rayon filialın direktoru Mərdan Rzayevlə görüşüb. Görüşdə filial direktoru söz verib ki, bir neçə günə məsələni həll edəcək:
"Mərdan Rzayev isə sonra mənə zəng edib bildirdi ki, sənə sığorta düşmür. Ona "əlimdə rəsmi sənədlər var, Dövlət Sığorta Şirkəti dəymiş ziyana görə 5 300 manat pul ödəməlidir", deyəndə bildirdi ki, get, hara istəyirsən şikayət elə".
Məsələ ilə bağlı Budaqov Afiq Maliyyə Nazirliyinin qaynar xəttinə də şikayət edib.
Qeyd edək ki, qarşı tərəfin fikrini öyrənmək üçün Dövlət Sığorta Şirkətinin Ağdam rayon filialının direktoru Mərdan Rzayevin iş nömrəsinə dəfələrlə zəng etsək də, telefona cavab vermədi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?