GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan tanklarının Xankəndinə yolu açılır

Azərbaycan tanklarının Xankəndinə yolu açılır

Tarix: 19-07-2017, 10:44 Bölmə :Cəmiyyət Baxış: 539
Azərbaycan tanklarının Xankəndinə yolu açılır


Odla oynayan satellitindən Rusiyaya arxadan zərbə; Ard-arda NATO təlimlərinə qatılan Ermənistan indi də alyansın Gürcüstandakı təlimlərinə və Avropa Birliyi ilə saziş imzalamağa hazırlaşır; işğalçı ölkə Rusiyanı Qərbə dəyişə biləcəyi ilə şantaj edir; Moskvanın cavabı Bakıya fürsət yarada bilər...

İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək. Bu barədə APA www.newsgeorgia.ge-ə istinadən xəbər verib. Məlumata görə, “Layiqli tərəfdaş 2017" kod aşlı təlimlər avqustun 12-dək davam edəcək. Paytaxt Tiflisin yaxınlığındakı Vaziani aerodromunda start götürəcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçinin iştirak edəcəyi gözlənilir.

Təlimlərdə Almaniya istehsalı olan “GTK Boxer” zirehli transportyor, ABŞ istehsalı olan “Abrams” tankları, “Bradley” i “Stryker” piyada maşınları və “C-130" hərbi təyyarələrindən istifadə olunacaq. Təlimlər ”Norio" hərbi bazasında da keçiriləcək. Gürcüstanda üçüncü dəfə reallaşacaq “Layiqli tərəfdaş 2017" hərbi təlimlərində əsas məqsəd - sabitliyin təminatı, müdafiə və hücumun təmin edilməsi əməliyyatlarında bacarıqları və təcrübəni təkmilləşdirmək, Gürcüstan və NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, NATO qüvvələrinin məşğələ imkanlarını yüksəltmək, habelə alyans ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək olduğu bildirilir.


Maraqlıdır ki, təlimlərin açılışında məxsusən ABŞ-ın vitse-prezidenti Mayk Pensin iştirakı gözlənilir. Pens Gürcüstan prezidenti Georgiy Marqvelaşvili və baş nazir Georgiy Kvirikaşvili ilə görüşlər keçirəcək. Gürcüstana o, Avropa turnesi çərçivəsində səfərə gələcək.
***
Qarşıdakı təlimlər sözsüz ki, ən çox Rusiyanı rahatsız edəcək. Yəqin ki, əsas da iki səbəbə görə: 1. Hərbi manevrlərin həmsərhəd ölkədə - NATO-ya üzvlüyə can atan Gürcüstanda keçirilməsi (Rusiya Güney Qafqazı hələ də özünün “arxa bağçası” hesab edir). 2. Təlimlərə ABŞ-ın vitse-prezident səviyyəsində ən yüksək siyasi dəstək verilməsi.

Hərçənd Rusiya üçün xoşagəlməz daha bir səbəb var: bu da satellit Ermənistanın Moskvanın “başı üzərindən” bu təlimlərə qatılması, həm də uzun müddətdir Rusiya ilə gərgin münasibətlərdə olan bir ölkədə - Gürcüstanda qatılmasıdır. Çətin ki, İrəvanın belə bir gedişi Kremlin ürəyincə ola. Əslində bunu Kremlə qarşı işğalçı ölkənin növbəti de-marşı adlandırmaq lazım gəlir.

Beləcə, İrəvan Rusiyanı faktiki şəkildə, NATO ilə - axır vaxtlar Moskvaya münasibətdə sərt mövqe sərgiləyən bir hərbi-siyasi alyansla şantaj edir. Ən maraqlısı odur ki, indinin özündə işğalçı ölkə Rumıniyadakı NATO təlimlərinin iştirakçısıdır. Bu həftə başlayan təlimlərə ABŞ komandanlıq edir və iyulun 20-dək davam edəcək. NATO-ya üzv və tərəfdaş ölkələrdən 25 min hərbçinin qatıldığı təlimləri alyans hərbçiləri və Rumıniya prezidenti izləyir. Məlumatlara görə, bu təlimlərdə əsas məqsəd - Krımın Rusiya tərəfindən ilhaqından sonra Şərqi Avropa ölkələrinin Rusiya təhlükəsi qarşısında güvənini artırmaqdır.
Yəni belə çıxır ki, Ermənistan indi həm də Rusiyaya qarşı olan, onun cilovlanmasına hesablanmış bir təlimdə iştirak edir. Rumıniyadakı təlimlərdən cəmi 10 gün sonra isə Ermənistan növbəti NATO manevrlərinə qatılacaq - bu dəfə Rusiya ilə digər həmsərhəd ölkədə, Gürcüstanda.

***
İrəvanın açıq-aşkar Moskva əleyhinə olan bu qəbildən de-marşları Dağlıq Qarabağ ətrafında vəziyyətin kritik həddə çatdığı dönəmə təsadüf eləməsi ilə xüsusi diqqət çəkir. Belə görünür ki, işğalçı ölkə öz əsas müttəfiqi Rusiya sarıdan arxayın deyil. Moskvanın ələlxüsus Azərbaycanla silah ticarətini davam etdirməsi son vaxtlar Ermənistanda güclü qıcıq yaradıb. Və indi məlum olur ki, İrəvan da hansısa yolla Moskvanın “ayağını tapdamaq” və ona mesaj vermək istəyir ki, istənilən an o, Rusiyanı NATO-ya, Qərbə dəyişə bilər. Bu, Ermənistan üçün olduqca riskli oyundur. Düşmən ölkə odla oynayır yazsaq, yanılmarıq.
Yeri gəlmişkən, bu payızda (noyabr) Ermənistan üstəlik, Avropa Birliyi ilə assosiativ saziş imzalamağa hazırlaşır. Xəbər verildiyi kimi, sənəd artıq paraflanıb və yalnız imzalamaq qalır. Lakin ona Moskvanın “dobro” verib-vermədiyi dəqiq bəlli deyil - hərgah, erməni rəsmiləri özlərini əmin-arxayın göstərməyə çalışırlar.
Lakin 2013-cü ildə - analoji müqavilə imzalanma ərəfəsində də İrəvanda belə bir arxayınlıq hökm sürürdü. O vaxt prezident Vladimir Putin qəfildən S.Sərkisyanı Moskvaya çağıraraq, ona ağrılı “qulaqburması” verdi və Sərkisyan da həmin sənəddən imtina edərək, ölkəsinin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına daxil olduğunu, AB ilə razılaşmanın isə baş tutmadığını bəyan elədi.

Siyasi müşahidəçilərə görə, budəfəki sənəd də mahiyyət etibarilə əvvəlkindən ciddi fərqlənmir. Yəni Moskva yenə analoji şəkildə davrana bilər. Hərçənd Kremli NATO ilə, Avropa Birliyi ilə şantaj edən İrəvanı cəzalandırmaq üçün Moskvanın əlində rıçaqlar bəsdən çoxdur. Ayrı sözlə, Ermənistan qərbyönlü kursda israr edərsə, Rusiya, məsələn, Qarabağ kartını işə sala, Azərbaycan ordusunun irəliləməsinə bu dəfə mane olmaya da bilər.

Söz düşmüşkən, deyilənlərə görə, 2013-cü ildə Putin Sərkisyanı məhz Qarabağla hədələmiş, hətta ona Azərbaycan tanklarının Qarabağa yürüşünə əks etdirən sxemi göstəribmiş. Bu və digər səbəblərdən indi hətta erməni təhlilçiləri də İrəvanın Moskva əleyhinə son demarşlarının nəticəsiz qalmayacağını düşünür.
“Serj Sərkisyan hakimiyyəti açıq-aşkar Moskvaya münasibətdə de-marş edir. Yaxın zamanlarda Rusiya-Ermənistan əlaqələrində maraqlı gəlişmələr gözlənilir - hansı əlaqələr ki, bu gün böhran yaşayır”, - deyə 1 in.am nəşrinin şərhçisi Sərkis Arsurini xəbərdarlıq edib.
***
Düşmən ölkə öz müttəfiqi ilə münasibətlərindəki son gəlişmələr isə Bakı üçün yeni bir şans, Qarabağ fürsəti də yarada, hətta Azərbaycan tanklarının Xankəndinə yolu açıla bilər. Maraqlıdır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Gürcüstandakı NATO təlimlərində yer almayıb.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Amerikanın «Abrams» tankları Gürcüstanda - FOTOLAR

    Amerikanın «Abrams» tankları Gürcüstanda - FOTOLAR ...

    6-05-2016, 01:54

  • 
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • Rusiya Ermənistanda üç günlük hərbi hava təlimlərinə başlayıb (FOTOLAR)

    Rusiya Ermənistanda üç günlük hərbi hava ...

    3-04-2015, 13:30

  • 
  • Rusların pilotsuz təyyarələri Ermənistan səmalarında

    Rusların pilotsuz təyyarələri Ermənistan ...

    19-08-2014, 18:00

  • 
  • Gürcüstan ABŞ və Britaniya qüvvələri ilə birgə hərbi təlimlərə başlayıb

    Gürcüstan ABŞ və Britaniya qüvvələri ilə birgə ...

    13-05-2016, 01:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu