Bu gün Kooperasiya universitetinin binasında yanğın baş verib.
Yanğın vaxtı bina ərazisində imtahanlar keçirilirmiş. Saytımızın hadisə yerində olan müxbiri Səxavət Məmməd bildirir ki, yanğın nəticəsində otaqlara tüstü dolub. Bu səbəbdən imtahan verənlər təxliyyə edilib. Hadisə yerinə gələn Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib. Dövlət rəsmisi imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək./ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?