Mir Cəlal Paşayev küçəsi, 36 ünvanında yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb. Lakin o, həyətdəki ağacın budağına ilişib.
Milli.Az virtualaz-a istinadən xəbər verir ki, B.Mahmudov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun döş qəfəsinin qabırğa sümüklərinin sındığını bildiriblər.
B.Mahmudovun vəziyyəti kafi qiymətləndirilir. Qeyd edək ki, o, Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsüdür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?