GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yol polisini şərləyən qadın: "Sən bilirsən mən kimin gəliniyəm?"

Yol polisini şərləyən qadın: "Sən bilirsən mən kimin gəliniyəm?"

Tarix: 3-08-2017, 14:58 Bölmə :Cəmiyyət Baxış: 430
Yol polisini şərləyən qadın: "Sən bilirsən mən kimin gəliniyəm?"


Xəbər verdiyimiz kimi, Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü sosial şəbəkələrdə video yayaraq həmin polis əməkdaşının qadın sürücülərə qarşı nalayiq hərəkətlərdə ittiham etmiş və bildirmişdi ki, yol polisi əməkdaşı 99 P 048 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan Fəriddir. Qadın iddia edirdi ki, o xanım sürücüləri saxlayaraq onlara "padxod" edir, telefon nömrəsi istəyərək münasibət qurmağa çalışır. Buna nail olmadıqda isə cərimə yazır.

Amma sayt hadisəni araşdırmaq üçün bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində olub. Hadisənin videogürüntüləri və səs yazıları ilə tanış olub. Araşdırmalar nəticəsində maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, "Jeep Vrangler" markalı, 90 GG 044 dövlət nömrə nişanlı avtomobili idarə edən Fatma Talıbova avqustun 1-də, saat 15:40 radələrindəTeymur Elçin və Lermontov küçələrinin kəsişməsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol polisi əməkdaşı, çavuş Fərid Mustafazadə ona saxla işarəsi verib. Təhlükəsizlik şəhər kameralarının görüntülərindən də məlum olur ki, xanım sürücü saxla işarəsinə tabe olmayaraq hərəkətə davam edir. Sonra Mehdi Hüseyn küçəsində ("Alov qüllələri"nin yanı) digər avtomobillər yolu kəsdikdən sonra onu saxlamaq mümkün olur. Burada qadın sürücü yol polisi əməkdaşına hədə-qorxu gəlir. Avtomobili saxlayan kimi özünü Daxili İşlər Nazirliyinin 102 xidmətinin əməkdaşı kimi təqdim edən xanım sürücü polisin saxla işarəsi zamanı əlini çiyninə qoyaraq "mən də paqonam" göstərir. Lakin saxlanılan zaman bunun əksinə olaraq formada olmadığını bildirərək bundan imtina edir. Daha sonra xanım sürücü "sən bilmirsən mən kimin gəliniyəm, sənin paronlarını sökdürəcəm" deyir. Həmçinin polis əməkdaşına "sən korsan" deyə müraciət edərək onun poqonlarına əl atır. Bundan sonra polis əməkdaşı qadın sürücüyə protokol tərtib edir. Saxla işarəsinə tabe olmadığı üçün xanım sürücü 80 manat və 4 balla cəzalandırılıb.

Məlum olub ki, həmin xanım sürücü də telefonla yol polisinin videosunu çəkib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında deyib ki, xanım sürücü özünün də görüntüsünün çəkildiyini anladıqdan sonra isə öz tanışı olan yol polisi əməkdaşını Fərid Mustafazadə ilə danışıqlara göndərib. Həmin şəxs yol polisinə təklif edib ki, siz öz görüntülərinizi silin və məsələ bağlansın. Fərid Mustafazadə isə etiraz edərək bildirib ki, artıq görüntülər idarəyə təqdim olunub və müvafiq tədbirlər görüləcək. Yalnız bundan sonra həmin xanım sürücü çəkdiyi videonu sosial şəbəkələrdə yayaraq yol polisi əməkdaşına böhtan atıb.

DYP rəsmisi bildirib ki, həmin faktla bağlı araşdırma aparıblar: "Araşdırmamız zamanı məlum olub ki, həmin qadın yol polisinə iftira atıb. Biz həmin vaxtı əməkdaşımızda olan mikrofon vasitəsi qadının səsinə qulaq asmışıq. Məlum olub ki, bu qadın nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini istifadə etmədən idarə edib. Buna görə də motosikletlə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini verib. Səs yazılarından görünür ki, həmin qadın polisə hədə-qorxu gəlir. Polis isə vəzifə borcunu yerinə yetirərək protokol tərtib edib. Ondan qisas almaq istəyən qadın isə bu cür əməl törədib. Əlimizdə səs yazıları və video görüntülər var".

DYP sözçüsü eyni zamanda qadının videodakı başqa iddiasına da cavab verib: "Guya polis bütün sürücü qadınlara nömrəsini verir. Burdan ona sual verirəm ki, həmin polis sizə nömrə veribsə, onun mobil telefonun nömrəsi deyə bilərsinizmi?".

Araşdırma zamanı o da ortaya çıxıb ki, həmin sürücü 2012-ci ilin iyulunda sürücülük vəsiqəsi alıb. 2013-cü ildə 6 dəfə, 2014-cü ildə 31 dəfə, 2015-ci ildə 12 dəfə, 2016-cı ildə 47 dəfə, 2017-ci ildə avqustun 1-dək 11 dəfə inzibati məsuliyyətə cəlb edilib. 2015-ci ildə cərimələri vaxtında ödəmədəyi üçün onun sürücülük hüququq 6 ay müddətinə məhdudlaşdırılıb. Bu il yazılan cərimələrə görə artıq Fatma Talıbovanın 14 cərimə balı var idi. Avqustun 1-də yazılan cəriməyə görə daha 4 bal əlavə olunub.

İdarədən, həmçinin bildirilib ki, F.Talıbova böhtan, yəni yalan olduğunu bilə-bilə YPX əməkdaşının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığına görə qanunvericiliiyin tələblərinə uyğun qaydada məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə göndəriləcək./Avtosfer.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Yol polisi mənə "podxod" elədi" deyən qadın sürücü danışdı: "Mənə yaxınlaşıb dedi ki, nömrəmi götür"

    "Yol polisi mənə "podxod" ...

    3-08-2017, 11:44

  • 
  • DYP-dən video paylaşan qadın sürücü ilə bağlı açıqlama: "Məhkəməyə verəcəyik"

    DYP-dən video paylaşan qadın sürücü ilə bağlı ...

    2-08-2017, 14:31

  • 
  • Bakıda polisin videosunu yayan qadın məhkəməyə verilir

    Bakıda polisin videosunu yayan qadın məhkəməyə ...

    2-08-2017, 16:58

  • 
  • Qadın yol polisi ilə dalaşdı, sürücü müqavimət göstərdi

    Qadın yol polisi ilə dalaşdı, sürücü müqavimət ...

    3-12-2015, 21:05

  • 
  • Sərxoş sürücü polisi öldürdü – Yeniləndi

    Sərxoş sürücü polisi öldürdü – Yeniləndi ...

    1-01-2014, 19:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu