Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi qadın sürücünın yol polisi əməkdaşını ona əxlaqsız təklif etməkdə ittiham etməsi məsələsinə aydınlıq gətirib.
Idarənin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, xanım sürücü yol polisi əməkdaşına böhtan atmağa çalışıb:
“Bizdə olan video və səsyazmalar göstərir ki, xanım sürücü açıq-akar yol polisinə şər atır. Yol polisi əməkdaşı xanım sürücüyə qaydanı pozduğuna görə cərimə yazır və bu da ona təsir etdiyi üçün sanki qisas almağa çalışır”.
V.Əsədov əlavə edib ki, həmin qadınla bağlı tədbir görüləcək:
“Onu polisə şər atdığı üçün məhkəməyə verəcəyik. Bu qadının hazırda avtomobilində 18 cərimə balı var. O, hətta 2015-ci ildə 1 il müddətinə sürücülük vəsiqəsindən də məhrum edilib”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?