Millət vəkili Astan Şahverdiyevin “Nail Allahverdiyev hadisə zamanı evdə olub” sözləri sosial mediada ciddi ajiotaja səbəb olub.
Keçmiş millət vəkili Etibar Hüseynov Şahverdiyevi kəskin tənqid edib. Həmin statusu olduğu kimi təqdim edirik: “Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyada yaşayan vətəndaşlarımızın ünvanına “otxod” sözünü işlədən deputatın ünvanına sərt sözlər isə sabiq həmkarından gəlib./ölkə.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?