Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb.
Yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb.
Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib.
Mərhumun əmisi oğlu dedi ki, 200-ə yaxın adam axtarışa başlayıb: "Amma suyun qabağı kəsilməsə, tapa bilməyəcəyik. Yalvarıram, kömək edin!"
Hadisə yerinə çoxsaylı vətəndaşlar gəlib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra yol açılıb və hərəkət bərpa olunub./musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?