Sentyabrın 29-da Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində yerləşən 28 May qəsəbəsinin sakinləri magistral yolu bağlayıblar.
Bu barədə AzadlıqRadiosu-na aksiya iştirakçıları xəbər veriblər. Onlar işsizlikdən şikayətçidirlər, imkansızlıqdan kommunal xərcləri ödəyə bilmədiklərini deyirlər.
Aksiya iştirakçıları qəsəbədə ara yolların hələ də asfaltlanmadığını, sentyabrın 28-də yağan yağışların onlara ciddi problemlər yaratdıqlarını vurğulayırlar.
Aksiyaçılar magistral yolu 1 saata yaxın bağlı saxlayıblar və bu, Şamaxı-Bakı yolunda tıxac yaradıb.
Hadisə yerinə yol polisi və post patrul xidmətinin əməkdaşları gələrək etirazçıların bəzi tələblərinin yerinə yetirələcəyini vəd edərək yolda maşınların hərəkətini bərpa ediblər.
Yoxsulluq və səfalət içində yaşadıqlarından şikayət edən aksiya iştirakçıları Binəqədi rayon İH-dən məsul şəxslər gəlmədiyi və tələblərinin yerinə yetirilmədiyi halda yolu yenidən bağlayacaqlarını vurğulayıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?