Müasir dünyanın ən böyük bəlalarından biri də xərçəng xəstəliyidir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qızıl zərrəcikləri xərçəng əleyhinə istifadə edilən dərmanların təsirini artıra bilər.
Edinbuq universitetinin alimi doktor Asier Unciti-Broceta qızılın bilinməyən bir xüsusiyyətini kəşf edib. Alim deyib: "Bunu xəstələr üzərində tətbiq etmək üçün vaxt var. Amma bu irəliyə doğru atılmış bir addımdır. Bir gün cərrahların kimyəvi terapiyanın bir başa olaraq hüceyrlərə təsir etməsini təmin etmək üçün bir cihazı vücuda yerləşdirəcəklərinə inanıram".
İngiltərənin Xərçəng Araşdırmaları Mərkəzinin doktoru Eni Makkarti deyib: "Bu növ üsullar beyin şişlərinə və müalicəsi çətin olan digər xərçənglərə qarşı effektiv üsul ola bilər".
Araşdırma vaxtı zebra balığının beyninə qızıl hissəcikləri yerləşdirilib. Bu zərrəciklər dərmanın təsirini artırıb. Alimlər bu üsulu insan üzərində də təbiq etməyi düşünürlər./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?