GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İnsanları ölümə göndərənlərə suallar var

İnsanları ölümə göndərənlərə suallar var

Tarix: 8-08-2017, 17:52 Bölmə :Cəmiyyət Baxış: 411
İnsanları ölümə göndərənlərə suallar var


Azərbaycanda insan ölümləri haqda statistikaya baxanda adamı dəhşət bürüyür Söhbət yollarda qəza zamanı, dənizdə boğulanlardan və intiharların statistikadan gedir.

Bəlli olub ki, bu ilin iyul ayında ölkədə 40 intihar faktı qeydə alınıb. Bu statistika Dövlət Statistika İdarəsinin və ya aidiyyətli dövlət qurumlarından götürülən statistik məlumat deyil. Daha çox mətbuatda çıxan intiharlar haqqında informasiyaya söykənir. Bir ay ərzində 9 milyon əhali üçün 40 intihar faktı əslində dəhşətlidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bizim məmləkətimiz və insanlarımız üçün intiharlar yenidir və həm də yad davranışdır.
Bununla paralel olaraq intiharlar niyə baş verir, nədən intihar halları durmadan çoxalır, bunun qarşısını almaq üçün hakimiyyət hansı tədbirlər həyata keçirir kimi suallar açıq və cavabsız qalmaqda davam edir.

Bəzən bu haqda danışanlar iddia edirək deyirlər ki, Norveçdə və ya Finlandiyada intihar statistikaları daha yüksəkdir. Amma iş ondadır ki, əmək haqqı, sosial təminat, yaşayış standartı istiqamətində Azərbaycanı bu ölkələrlə müqayisə edə bilmədiyimiz kimi intiharlar mövzusunda paralel aparmaq da doğru olmazdı. Çünki həmin ölkələrdə intihar edənlərin əksəriyyəti əslində xəstə insanlar olur. Azərbaycanla bağlı bunu demək isə ağlabatan deyil...

Azərbaycanda intiharların əsasında sosial problemlər, içsizlik, evsizlik, ögeylik, ədalətsizlik dayanır. Və əlbəttə ki, müvafiq qurumların məsuliyyətsizliyi, əks təbliğatın aparılmaması. Bu günə qədər bir dəfə görmədim ki, ölkənin kanallarına savadlı psixoloqlar dəvət olunsun, onlarla intiharlar mövzusunda ciddi müzakirələr təşkil edilsin. Əvəzində mənasız, duzsuz və bayağı verilişlər kifayət qədərdir. Eləcə də, intiharlarla bağlı müvafiq qurumlar hansısa effektiv iş aparması, medianı başına toplayaraq intiharların tendensiyası, baş vermə səbəbi və psixoloji amillər haqqında danışdığının şahidi olmamışam.

Baxmayaraq ki, bu sahə üzrə işləyənlər, dövlət büdcəsindən əmək haqqı alan məmurlar var.

Cənablar! Azərbaycanda intiharlara bütün yaş qruplarında rast gəlinir. Bilirsinizmi bu nə deməkdir? Adətən intihara daha çox 18-35 yaş arası insanlar üçün xasdır. Yəni statistikada bu yaşda intihar edənlər dünyada öndədir. Bizdə isə bütün yaş qrupları ilə bağlı intihar faktları olur. Niyə özünüzə əziyyət verib bu sahə ilə bağlı araşdırma aparmır, mümkün qədər bu kimi halların qarşısını almaq üçün tədbirlər görmürsünüz? Bunun üçün böyük resurslar, ciddi maliyyə mənbələri lazım deyil axı. Artıq neft bumu da başa çatıb, qaz istehsalçılar da dünya bazarında çoxdur. Bəlkə insafa gəlməyin vaxtı yetişib...

Geriyə baxın, 2013-cü ildə ölkədə 415 intihar faktı qeydə alınıb. 2015-ci ildə isə bu rəqəm 535 olub. 2016-cı ildə 29 uşaq intihar edib. Müşahidələr və statistika onu deyir ki, ölkədə intiharların sayı artan tendensiya üzrə inkişaf edir. Hər bir intihar təkcə ölüm faktı deyil, həm də hər bir ailənin başına gələn faciədir. Bunu nəzərə alaraq bir qədər məsuliyyətli davranmaq, daha çox psixoloq yetişdirmək olmazmı? Nədən cəmiyyətdə belə faciəvi halların çoxalmasını susqunluqla müşahidə edilməlidir? Axı Azərbaycan vergi ödəyicilərinin hesabına Səhiyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşir, onun 100 minə yaxın personalı var, bəlkə də daha çoxdur. İldə 500 insanın könüllü ölümü seçməsi həm də deqradasiyanın təzahürüdür. Bu tendensiyanı dayandırmaq üçün daha nələr olmalıdır?

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İntihar hallarının sayı açıqlandı - STATİSTİKA

    İntihar hallarının sayı açıqlandı - STATİSTİKA ...

    30-01-2014, 16:40

  • 
  • Dünyada ildə 800 min adam intihar edir

    Dünyada ildə 800 min adam intihar edir ...

    4-09-2014, 19:32

  • 
  • Qubada 20 yaşlı gənc intihar edib

    Qubada 20 yaşlı gənc intihar edib ...

    14-02-2014, 10:32

  • 
  • Təcridxanada daha bir intihar : məhbus damarlarını doğradı

    Təcridxanada daha bir intihar : məhbus ...

    1-07-2013, 22:46

  • 
  • Qubada 55 yaşlı kişi intihar etdi

    Qubada 55 yaşlı kişi intihar etdi ...

    30-10-2015, 12:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu