GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanın sərhədində erməni təxribatı - Yeni Volski komitəsi gündəmə gələ bilər

Azərbaycanın sərhədində erməni təxribatı - Yeni Volski komitəsi gündəmə gələ bilər

Tarix: 9-08-2017, 15:34 Bölmə :Cəmiyyət Baxış: 403
Azərbaycanın sərhədində erməni təxribatı - Yeni Volski komitəsi gündəmə gələ bilər


Ermənistan silahlı qüvvələri Azəbaycanla dövlət sərhədində təxribatçı əməllərini davam etdirir.

Rusiya hərbçiləri ilə dövlət sərhədini birgə qorumağa başlayandan sonra rəsmi Yerevanın bu pis niyyətli davranışında arxayınlıq yaranıb.
Avqustun 7-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutub. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Ramin Sabir oğlu Yusifovdur. O, öz həyətlərində olarkən həyətə ermənilərin atdığı mərmi düşüb. Mərminin qəlpələri R.Yusifovu ağır şəkildə yaralayıb.
Bədəninin müxtəlif hissələrindən çoxsaylı qəlpə yarası alan R.Yusifov dərhal xəstəxanaya aparılıb.
Ermənistanın dövlət sərhədinin Rusiya hərbçiləri ilə birgə qorunması nədənsə yada Azərbaycanın indi işğal altında olan ərazisində keçmiş SSRİ-nin Arkadi Volskinin başçılığı altında Xüsusi Komitə yaratmasını salır.
Qeyd edək ki, Moskva 1988-ci il sentyabrın 21-də o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) xüsusi vəziyyət elan edərək komendant rejimi tətbiq etmişdi. Ancaq komitə ermənilərin bu vəziyyətdə havadarlarının dəstəyi ilə vilayətdəki azərbaycanlılara qarşı zorakılığının qarşısını ala bimədi. Sovet hərbçilərinin dəstəyi ilə Kremlin məsələyə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistandakı azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldular.
1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi” ilə əlaqədar olaraq və baş verənlərin qarşısını almaq adı altında bölgədə vəziyyəti sabitləşdirmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxladı. Eyni zamanda vilayətdə xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman imzalandı. Həmin fərmanla DQMV-də birbaşa Moskvaya, keçmiş SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı.
Komitə fərmanda göstərilənlərin əksinə fəaliyyət göstərdi. Başqa sözlə, vilayətin Azərbaycanın tabeliyindən çıxması istiqamətində işlədi. Bu prosesə komitənin sədri Arkadi Volski başçılıq edirdi.
Onun fəaliyyəti nəticəsində vilayətin idarə və müəssisələri Azərbaycan SSR-in tabeliyindən çıxarılaraq Moskvanın tabeliyinə keçirildi. Başqa sözlə, vilayət de-fakto Azərbaycan SSR-in tərkibindən çıxarıldı.
Vilayət İcraiyyə Komitəsinin binasının üzərindən Azərbaycan SSR-in bayrağı çıxarılaraq yerinə Ermənistan SSR-inki sancıldı.
Bu dövrdə Xankəndidən qovulmuş azərbaycanlıların öz doğma ev-eşiklərinə qayıtmasına nəinki təminat yaradılmadı, əksinə vilayətin azərbaycanlılar yaşayan kəndləri Xüsusi İdarə Komitəsinin yardımı ilə məqsədəuyğun şəkildə boşaldıldı.
Bununla da Moskvanın yaratdığı komitə əslində Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət etdi.
Son zamanlar Ermənistan Azərbaycanla dövlət sərhədində təxribatçı fəaliyyət göstərir. İşğalçı ölkənin rəhbərliyi erməni xislətinə uyğun olaraq bu əməllərdə Azərbaycanı suçlayır və Rusiyadan yardım istəyib. Başqa sözlə, Moskva 29 il əvvəl Dağlıq Qarabağda Azərbaycana qarşı həyata keçirdiyi işi indi də Ermənistanda davam etdirir.
Volskinin komitəsi Dağlıq Qarabağdakı azərbaycanlıların özlərini müdafiə etməsinə mane olurdu. Həmin illərdə azərbaycanlıların ov tüfəngləri belə yığıldı. Halbuki həmin illərdə sovet ordusunun hərbi texnikası, o cümlədən helikopterləri ermənilərin sərəncamında idi. 1990-cı il yanvarın 13-də Gəncə sakini Bəxtiyar Əliyev həmin helikopterlərdən birindən açılan atəş nəticəsində şəhid oldu.
Rusiyanın Ermənistanda hərbi bazası var. Bu hərbi hissə müasir silahlarla təchiz edilib, hətta orada “İskender” operativ-taktiki raketləri belə yerləşdirilib.
Başqa sözlə, Moskva Ermənistanın ərazisini müdafiə adı altında ermənilərin Azərbaycanın dövlət sərhədlərini təhdid etməsinə şərait yaradıb.
Ermənistanın Azərbaycanla dövlət sərhədində törədəcəyi ehtimal olunan istənilən hərəkətinə verilən cavaba Kreml də Yerevan kimi münasibət bildirəcək, eyni mövqedən çıxış edəcək. Lap Volskinin vilayətdə yaranan vəziyyətə görə azərbaycanlıları qınaması kimi. Bu komitənin fəaliyyəti Azərbaycan üçün Xocalı faciəsi ilə nəticələndi.
Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli, Naxçıvanın Kərki qəsəbəsi və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycanın bu ərazisi iki dövlət arasındakı sərhəddə yerləşir. Onda belə çıxır ki, həmin kəndlərin Ermənistanın işğalı altında qalmasına rusiyalı hərbçilər də yardım edirlər.
Qonşu dövlətlər İran və Rusiya, eləcə də bölgədə maraqlarını təmin etmək istəyən bölgəxarici ölkələr Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Onlar indiyədək Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxması istiqamətində bəyanat belə verməyiblər.
Beləliklə, Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatçı əməllərinə istinadən ehtimal etmək olar ki, Rusiya Azərbaycanın öz dövlət sərhədini qorumasını əngəlləyəcək. Bundan başqa, Moskva rəsmi Bakıya Azərbaycan-Ermənistan sərhədinin birgə qorunmasını da təklif edə bilər. Rusiya neçə illərdir həm bu, həm də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması istiqamətində iş aparır. Ancaq Volski komitəsinin acı dərsini də unutmaq olmaz./Report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏCİLİ!!! Ermənilər kəndimizi atəşə tutdular -13 yaşlı uşaq yaralandı

    TƏCİLİ!!! Ermənilər kəndimizi atəşə tutdular -13 ...

    8-08-2017, 11:06

  • 
  • Ermənilər 2 azərbaycanlı dinc sakini yaraldı

    Ermənilər 2 azərbaycanlı dinc sakini yaraldı ...

    19-10-2015, 12:10

  • 
  • Ermənilər Alxanlını atəşə tutdu - 2 dinc sakin öldü, xeyli ziyan var - YENİLƏNİB

    Ermənilər Alxanlını atəşə tutdu - 2 dinc sakin ...

    5-07-2017, 18:05

  • 
  • Azərbaycan-Rusiya sərhədində əməliyyat

    Azərbaycan-Rusiya sərhədində əməliyyat ...

    5-08-2013, 11:58

  • 
  • Ermənilərin atdığı mərmi elektrik yarımstansiyasına düşdü, 11 kənd işıqsız qalıb

    Ermənilərin atdığı mərmi elektrik ...

    27-04-2016, 10:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu