Adanada 4 nəfərin dodağını eybəcər hala salan saxta həkim həbsxanadan qaçıb
Azərbaycanda təhsil aldığını deyən saç ustası məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi. Adana məhkəməsində qeyri-peşəkarlıq, saxtakarlıq və yaralama cinayətlərindən mühakimə edilən saç ustası Soner haqqında hökm verilib. Məhkəmənin hökmü ilə sərbəst buraxılması barədə qərar qəbul edilən müttəhim başqa bir cinayətdən haqqında hökm çıxarıldığı üçün azadlığa çıxa bilməyib.
Oğurluq cinayətinə görə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Soner cəzasını çəkmək üçün həbsxanaya göndərilib.
Həbsxanada axşam yoxlanışında müttəhimin qaçdığı üzə çıxıb və həbsi üçün qərar çıxarılıb./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?