GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bu il ən çox bahalaşan məhsullar – manat sabitdirsə, qiymətlər niyə qalxır?

Bu il ən çox bahalaşan məhsullar – manat sabitdirsə, qiymətlər niyə qalxır?

Tarix: 12-08-2017, 15:45 Bölmə :Cəmiyyət Baxış: 497
Ekspert: “Bundan sonra da mərhələli şəkildə qiymət artımını görəcəyik”

Bir müddətdir ki, Azərbaycanda milli valyutanın məzənnəsi sabit olaraq qalır. Manatın məzənnəsinin xüsusın də dollara nisbətdə sabiq qalması ölkədə qida və digər məhsulların da qiymətinə təsir edib. Belə ki, devalvasiyanın ilk aylarında olduğu kimi, kəskin qiymət artımı müşahidə olunmur.
Lakin bazarda bütün məhsulların qiymətinin sabit qaldığını da söyləmək olmaz. Xüsusilə də idxal edilən yuyucu vasitələrin, gigiyenik məhsulların eləcə də bəzi ərzaq məhsullarının qiymətində artım az da olsa davam edir. Ekspertlərə görə, ölkədə qiymət artımı hələ bundan sonra da müşahidə ediləcək. Məlum olduğu kimi, artıq bir aya yaxındıq ki, “Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti qalxıb. Bu faktorun da ölkədə məhsulların qiymətinin artımına təsir edəcəyi bildirilir.

Dövlət Statistika Komitəsinin yanvar ayı üçün yaydığı məlumatda isə qeyd olunur ki, son bir ildə qida məhsullarının istehsalçı qiymətləri orta hesabla, 31,6 faiz, içkilərin qiyməti isə 27,5 faiz bahalaşıb. Həmçinin qeyd olunur ki, ötən il rezin və plastik kütlədən məmulat buraxan müəssisələr qiymətləri 15,1 faiz, kimya məhsulları istehsalçıları 35,8 faiz, metallurgiya zavodları isə 28 faiz qaldırıblar.

Yanvar-iyul ayı üçün rəsmi rəqəmlərə görə isə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Bəs növbəti aylarda bizi nə gözləyir?

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirdi ki, növbəti dövrlərdə də mərhələli şəkildə qiymət artımının şahidi olacağıq: “Bir neçə aydır ictimaiyyətin ciddi şəkildə müzakirə etdiyi məsələlərdən biri ondan ibarətdir ki, manatın məzənnəsinin sabitləşdiyi dövrdə istehsal məhsullarının qiymətləri nə üçün artır. Hökumətin hesabatlarından da məlumdur ki, 2017-ci ildə inflyasiya səviyyəsi 2015 və 2016-cı illərlə müqayisədə daha sərt formada özünü büruzə verir. Təxminən iyun ayına olan məlumata görə, ölkə üzrə rəsmi inflyasiya səviyyəsi 13.9 faizidir. Halbuki, devalvasiyanın sərt formada dinamika nümayiş etdirdiyi dövrlərdə inflyasiya səviyyəsi bundan aşağı idi. Bu, həqiqətən də haqlı narazılıq doğuran məsələdir. Çünki faktiki olaraq həm tədarüklə məşğul olan, həm də istehlakçı şirkətlər bir sıra hallarda qiymətin bahalaşmasını manatın məzənnəsindəki dəyişikliklə əlaqələndirməyə çalışırdı. Təbii ki, bu, hardasa belədir. Ancaq burada bizim diqqət edəcəyimiz əsas məqam məhz ondan ibarətdir ki, hazırda müəyyən qədər məzənnədəki sabitlik dövriyyəyə vəsait axınını təmin edən faktora çevrilib. Necə ki, əvvəlki illərdə iqtisadi resessiya istehlakda özünü sərt şəkildə büruzə verdi və bunun nəticəsində alıcılıq da kəskin şəkildə azaldı. Digər tərəfdən, nəzərə alaq ki, xüsusilə devalvasiya ərəfələrində hökumət adminstrativ üsullarla qiymət artımının qarşısını almağa cəhd göstərirdi. Bu faktorların birləşməsi nəticəsində bazarlar real qiymətləndirmə apara bilmədilər. Hazırda isə valyuta məzənnəsində müəyyən qədər sabitlik yaranıb. Bu isə bir sıra hallarda yığımlardan xərcləmələrə keçməyə əsas səbəb hesab oluna bilər. Çünki dinamika kəskin olan dövrlərdə əllərində vəsait olan insanlar xərcləmələri müəyyən qədər dayandırıb, gecikdirirlər ki, proseslərdə daha mənfəətli olsunlar. Ancaq elə ki, sabitlik yaranır onlar gözləmə mövqeyindən hərəkətə keçirlər və yığımların müəyyən bir qismini xərcləməyə başlayırlar. Bu isə istehlakı artırmaqla yanaşı, öz növbəsində bazarda digər bazar iştirakçıları olan İstehsalçılara və tədarükçülərə məhsulların qiymətlərini artırmaq imkanı yaradır. Düşünürəm ki, 2017-ci ildə müşahidə edilən devalvasiyanın əsas səbəbi bu məqamdır”.

Ekspert bildirib ki, qiymət artımına səbəb olan digər məsələ isə daha çox mövsümü xarakterli olur: “Bildiyiniz kimi, bu ilin əvvəlində kənd təsərrüfatında müəyyən fəlakətlər və istehsalın həcmində müşahidə edilən azalma eyni zamanda Rusiya bazarlarına çıxışın müəyyən qədər daha rahat olması kənd təsərrüfatı məhsullarına təklifin azalmasına gətirib çıxardı. Bu isə öz növbəsində mövsümün üzərində qiymətləri şərtləndirən əsas faktor oldu. Təbii ki, hazırda yanacağın qiymətinin qalxmasının bazara təsirləri daha çox müzakirə mövzusudur və bu, qiymətləndirilir. Düşünürəm ki, istənilən halda əsas yanacaq vasitəsi hesab olunan benzinin qiymətinin qalxması son istehlak qiymətlərinin artımına səbəb olacaq. Proses bundan sonra da müşahidə ediləcək və nəticədə mərhələli şəkildə bazarda qiymətlərin artmasını görəcəyik”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda benzinin qiyməti yenidən artacaq

    Azərbaycanda benzinin qiyməti yenidən artacaq ...

    31-01-2017, 23:50

  • 
  • Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

    Kənd təsərrüfatı məhsullarının qiyməti yenə ...

    11-12-2013, 12:41

  • 
  • Bahalanmaların axırı hara gedir?

    Bahalanmaların axırı hara gedir? ...

    1-08-2016, 23:34

  • 
  • Marşurut, metro, taksi, dəmiryolu, istehlak malları... - Benzindən sonra daha nələr bahalaşacaq?

    Marşurut, metro, taksi, dəmiryolu, istehlak ...

    16-07-2017, 19:47

  • 
  • "Bazarlarda real qiymət artımı martda baş verəcək" (VİDEO)

    "Bazarlarda real qiymət artımı martda baş ...

    23-12-2013, 01:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu