GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bahalanmaların axırı hara gedir?

Bahalanmaların axırı hara gedir?

Tarix: 1-08-2016, 23:34 Bölmə :İqtisadiyyat Baxış: 682
Bahalanmaların axırı hara gedir?

İndi də çörək bahalandı. Bunun ardınca yəqin ki, o biri məhsullar da bahalanacaq. Çörəyin bahalnması ilə bağlı aqrar məsələləri üzrə ekspert Vahid Məhərrəmov Azadlıq Radiosuna bir maraqlı problemi qeyd edirdi: dünyada taxıl 30 faiz ucuzlaşdığı vaxtda çörək niyə bahalanmalıdır?!
Deməli, daxili istehsalda və ya iqtisadi strukturda problemlər var.
Nə etmək lazımdır və bu bahalanmalar hara gedir?

ƏDV-DƏN AZAD ETMƏK?
İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, azad bazar iqtisadiyyatında şirkətlər müstəqil şəkildə qiymət tənzimləməsi həyata keçirirlər. Ancaq bu qiymət artımının qarşısını almaq üçün hökumət stimullaşdırıcı təıdbirlər həyata keçirməlidir.
“İndiki dövrdə bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq müəssisələr və şirkətlər özləri müstəqil şəkildə bu qiymət artımı siyasətini həyata keçirirlər. Amma belə strateji məhsullar ki, var, əhalinin gündəlik tələbatında mühüm olan məhsullar ki, var, bunlarda dövlət hər hansı bir tənzimləmə siyasəti həyata keçirə bilər.
Qiymət artımına təsir edən amillər dərindən öyrənilməlidir, araşdırılmalıdır. Bunun qarşısını inzibati yollarla almaq düzgün deyil. Burda bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilməsi daha uyğun olardı. Məsələn əvvəlki nümunələrdə stimullaşdırıcı amil kimi əlavə dəyər vergisindən azad olma qiymətlərin aşağı düşməsinə gətirib çıxarmışdı. Bu kimi başqa stimullaşdırıcı tədbirlərdən istifadə etmək olar”.

İŞIQ BAHALANDI, BU, REAKSİYADIR
İqtisadçı ekspert Oqtay Haqverdiyev isə deyir ki, bahalaşmanın əsas səbəblərindən biri tarif şurasının son qərarına istehlak bazarının reaksiyası və bir də monopolistlərin öz siyasətidir.

Bahalanmaların axırı hara gedir?

Oktay Hagverdiyev
“Bu, elektrik enerjisinin 1 qəpik artırılmasına istehlak bazarının reaksiyasıdır. Yəni, bu birinci dəfə deyil belə olur. Hər dəfə Tarif şurasında hər hansı bir dəyişiklik olanda istehlak bazarı mütləq buna reaksiya verir. Bir də istehlak bazarının özünün tənsimlənməsi monopolistlər tərəfindən icra olunur. Monopolistlər məhsula hansı qiyməti qoymaq istəyirlərsə onu da qoyurlar. Bu o qədər də qeyri adi məsələ deyil. Bir də mövsümi xarakterlər də rol oynayır. Hər il olur bu. Ötən illə müqayisədə meyvə-tərəvəzin qiyməti demək olar ki, iki dəfə artıb. Bu monopolistlərin siyasətidir”

QİYMƏTİ AŞAĞI SAXLAMAQ MÜMKÜN OLMUR
İqtisadçı ekspert Vüqar Bayramov isə bahalaşmanı devalvasiya, manatın məzənnəsinin aşağı düşməsi və bir çox məhsulların ölkəyə idxal olunması ilə əlaqələndirir.
2016-cı ildə bahalaşmanın olacağını biz əvvəlcədən proqnozlaşdırırdıq. Həm nəzərə alsaq ki, ikinci devalvasiyadan sonra Azərbaycanda 2016-cı ildə ikirəqəmli inflyasiyanın olacağını proqnozlaşdırılırdı. Dövlət Statistika Komitəsinin məlumatlarında da artıq ikirəqəmli inflyasiyanın olduğu bildirilir. Bu isə o deməkdir ki, son illər ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatında ikirəqəmli inflyasiya müşahidə edilir. Bu da təbii ki, qiymət artımları ilə bağlıdır.

Bahalanmaların axırı hara gedir?

Vüqar Bayramov

Qiymət artımı ikinci devalvasiyadan sonra daha da sürətlənməyə başladı və qeyd etmək lazımdır ki, mövcud bahalaşmanın səbəbi məhz manatın dəyər itirməsidir. Nəzərə alsaq ki, ikinci devalvasiyadan sonra manatın daha kəskin dəyər itirməsi, ölkədə istehlak bazarında xaricden idxal edilən məhsulların çox olması nəticə etibarı ilə qiymətlərin artmasına gətirib çıxarıb. Bir sektorda qiymət artırsa, nəticə etibarı ilə digər sektorlarda da qiymət artımına gətirib çıxarır.
Ona görə də manatın zəifləməsi , ikinci devalvasiya və bunlardan sonra bazardakı yerli məhsulların qiymətlərini bir müddət tənzimləmək mümkün olsa da qiymət artımını uzun müddət tənzimləmək mümkün deyildi və mümkün olmadı. Əvvəldən gözlənilən qiymət artımlarına gətirib çıxardı.
Ölkəyə daxil olan valyutanın həcmi də birmənalı olaraq buna təsir göstərir. Ölkəyə daxil olan valyutanın həcmində azalmalar var. Ölkəyə nə qədər az valyuta daxil olursa, ölkənin iqtisadi baxımdan manevr imkanı o qədər məhdudlaşır. Azərbaycanda idxal məhsullarının hələ də üstünlük təşkil etməsi, manatın məzənnəsinin aşağı olması idxal olunan məhsulların qiymətini artırır. Çünki həmin məhsullar dollarla alınır və bazarda manatla satılır. Son 3 ayda manatın dollara nisbətən məzənnəsində azalmalar davam edir. Bu idxal olunan məhsulların qiymətinə təsir göstərir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çörək bahalaşacaq? - Açıqlama

    Çörək bahalaşacaq? - Açıqlama ...

    4-12-2013, 17:04

  • 
  • Çörək niyə bahalaşacaq? - (Video)

    Çörək niyə bahalaşacaq? - (Video) ...

    5-12-2013, 23:59

  • 
  • “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı gözlənilir”

    “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı ...

    25-08-2014, 14:13

  • 
  • Çörək də bahalaşacaq - Siyahı

    Çörək də bahalaşacaq - Siyahı ...

    13-01-2015, 17:42

  • 
  • Tarif Şurasından növbəti “şok” yanvarın 15-də gözlənilir

    Tarif Şurasından növbəti “şok” yanvarın 15-də ...

    4-12-2013, 13:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu