GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Aqrolizinq” ASC-nin hesabdarı yoxa çıxıb - FOTO

“Aqrolizinq” ASC-nin hesabdarı yoxa çıxıb - FOTO

Tarix: 15-08-2017, 11:10 Bölmə :Cəmiyyət Baxış: 335
“Aqrolizinq” ASC-nin hesabdarı yoxa çıxıb - FOTO


10 gün əvvəl evdən çıxan Əmirsoltan Əhmədovun hara getdiyi bilinmir

“Aqrolizinq” ASC-nin Şabran filialının qeyri-rəsmi hesabdarı Əmirsoltan Əhmədov 10 gün əvvəl itkin düşüb. 6 uşaq atası olan 1963-cü il təvəllüdlü Ə.Əhmədov avqustun 4-də səhər Şabranın Ağalıq kəndindəki evindən işə getmək adı ilə çıxıb. Amma geri qayıtmayıb. Ə.Əhmədovun yaxınları onun itkin düşməsi ilə bağlı Şabran rayon Polis İdarəsinə məlumat veriblər. Şabran rayon Polis İdarəsindən “Yeni Müsavat” əməkdaşına deyiblər ki, hazırda Ə.Əhmədovun axtarışları davam etdirilir.

“Aqrolizinq” ASC-nin Şabran filialının müdiri Radik Məmmədov əməkdaşımıza deyib ki, Ə.Əhmədov onun yaxınlarının iddia etdiyi kimi avqustun 4-də işə getməyib. R.Məmmədov Ə.Əhmədovun itkin düşməsi ilə bağlı bunları bildirib: “Avqustun 4-də Əmirsoltan kənddə olub, amma işə gəlməyib. O çox yaxşı kişi idi. Onun evində nəsə problemləri vardı. Hüquq mühafizə orqanları onu 7 gündür ki, axtarırlar. O bizdə gözətçi kimi işə götürülüb, mühasib kimi kömək edirdi. Bizdə ümumiyətlə mühasib ştatı yoxdur. O, saymağa, yazmağa kömək edirdi. Bizim hesabımız yoxdur ki, mühasibimiz də olsun. Biz camaata əkin-biçinlə bağlı kömək edirik, texnika veririk. Onun qızının toyu olmalı idi, görünür nəsə problem olub. Həftənin 4-cü günü axşam onun evində pul atdı idi. Yəqin Bakıda da belə adət var, qohum-qardaş yığılır toya kömək edirlər. 5-ci gün də işə gəlmədi, yoxa çıxdı. 4-5 gün sonra da xəbər çıxdı ki, guya Xaçmazda hansısa kafedə onu görənlər olub. Hazırda Xaçmaz polisi Şabran polisi ilə birgə Əmirsoltanı axtarırlar”.

Ə.Əhmədovun qardaşı Famil Əhmədov isə “Yeni Müsavat”a deyib ki, qardaşının itkin düşməsinin toyla əlaqələndirilməsinə yer vermirlər: “Atamız çox cavan rəhmətə gedib. Əmirsoltan bu günə qədər 10 toy yola verib. Avqustun 19-da 5-ci övladının toyu olacaqdı. Öz uşaqlarından əvvəl bacı-qardaşlarının toyunu özü eləyib. Qızını bacıma vermişdi. Yəni heç bir narazılıq, problem yox idi. İndi kim nağd pula toy edir ki? Hamı nisyə alır, toy edir və toydan yığdığı pulla toy üçün camaatdan aldığı malların pulunu verir, digər xərcləri ödəyir”.

F.Əhmədov qardaşı itkin düşməzdən bir gün öncə ona müəmmalı zəng gəldiyini deyib: “Qardaşım avqustun 3-də bacımın evində oturub söhbət ediblər. Deyib-gülüblər. Ona zəng gəlib. Bundan sonra onun vəziyyəti 180 dərəcə dəyişib. Həmin nömrə də telefonundan silinib. O, 7-8 ildir ki, ”Aqrolizinq"də işləyir. O işinə dəqiq yanaşan adam idi. Bu müddətdə onun işdə heç bir problemi olmayıb. Qardaşım əvvəllər briqadir, məntəqə müdiri, “Akkord”da işləyib. Əsasən mühasib işləyib. “Aqrolizinq”də də bütün dəftər-kitab işini qardaşım görüb. Həmin zəngi kim edib bilmirik. Polisə də bu haqda demişik".


F.Əhmədov deyir ki, qardaşını güman gələn bütün ünvanlarda axtarıblar: “Müəyyən ünvanlar vardı ki, Əmirsoltanın orada ola biləcəyini ehtimal edirdik. Polislə həmin ünvanlara da getdik. Dedilər ki, onu görməyiblər. İmanımız bir yerə, gümanımız min yerədir. Qardaşımın toyla bağlı özünə nəsə edə biləcəyini düşünmürəm. O, toyuq başı belə kəsməzdi. Onda o ürək yox idi ki, toyuq-qoyun kəssin. İtəndən 4 gün sonra mənim özümə dedilər ki, qardaşını Xaçmazda, filan kafedə görənlər olub. Polislə həmin kafeyə də getdik. Orada yemək paylayan xanım da təsdiqlədi ki, qardaşımı görüb. Kafedə işləyənlər də dedilər ki, görmüşük. Həmin kafedə kamera yoxdur. Ətrafında da olan kameralara baxan olmayıb. Fleş-kart da alıb vermişik ki, baxsınlar, bizə də versinlər. Bilək ki, qardaşım orada olub ya yox. O küçədən keçib, o kafeyə gedib, ya yox. Polis axtarır. Şübhəli yerlərə də gedib baxmışıq. Bir xanım vardı, deyirdi ki, Əmirsoltanı Xaçmazda peşə məktəbinin yanında görmüşəm. Bir başqası da var idi, deyirdi ki, bizə gəlib, çörək yeyib. Həmin dedikləri yerlər də demək olar ki, eyni məhəllədir. Həmin ərazini də polislə axtarmışıq. Bir başqa xanım da var, onunla dostluq edib, onu da polis çağırıb dindirib, o da deyib ki, Əmirsoltanı görməyib”

F.Əhmədov deyir ki, qardaşı itkin düşdüyü gün səhər tezdən evdən çıxıb və işə getdiyini deyib: “Axşam mənimlə də söhbət eləmişdi. Dedi ki, səhər tezdən bir adam var, işə gedib ordan da gedib onunla görüşəcəyəm, sonra gedib toy üçün dəvətnamələri alacağam. Avqustun 4-də onu Şabranın özündə də görən olub. Kəndə də gəlib, kənddə nərd oynayıb. Axşamtərəfi 5-6-dan sonra itkin düşüb. Onun üstündə 50 manat pul vardı. Toya görə ona xərclik 800 manat pul verilmişdi. 50 manatı da həmin pulun üstündən götürüb. Əgər uzaq gedən bir yeri olsaydı, həmin pulu cibinə qoyub gedərdi. Telefonu da evdə qoyub gedib”.

Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 12 yaşlı uşaq itkin düşüb - BAKIDA

    12 yaşlı uşaq itkin düşüb - BAKIDA ...

    11-08-2017, 13:13

  • 
  • “Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu

    “Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu ...

    23-10-2013, 11:18

  • 
  • “Aqrolizinq” ASC-də baş verənlərlə bağlı cinayət işi açılıb

    “Aqrolizinq” ASC-də baş verənlərlə bağlı cinayət ...

    3-02-2014, 20:48

  • 
  • Azərbaycanda tələbə qız itkin düşüb

    Azərbaycanda tələbə qız itkin düşüb ...

    13-07-2013, 23:18

  • 
  • Məktəblilər itkin düşüb

    Məktəblilər itkin düşüb ...

    7-10-2013, 11:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (393)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu