“Aqrolizinq” ASC-nin İmişli rayon “Aqroservis” filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin, ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?