GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 3 milyonluq avtomobil kolleksiyası və baş nazirin müavini

3 milyonluq avtomobil kolleksiyası və baş nazirin müavini

Tarix: 15-08-2017, 18:48 Bölmə :Cəmiyyət Baxış: 472
3 milyonluq avtomobil kolleksiyası və baş nazirin müavini


Avqustun 3-də, gecə saatlarında Bakının ən gözəl prospektlərindən birində ağır yol hadisəsi baş verdi. Səhəri gün bu xəbər ildırım sürəti ilə ölkədə yayıldı.
Məlum oldu ki, “Mercedes Gelandewagen” markalı avtomobillə “Mazda” markalı avtomobil yarışdığı zaman qəza baş verib. Qəza nəticəsində “Mercedes Gelandewagen” olan Mehdi Əliyev adlı şəxs həlak olub. Eləcədə hadisə zamanı yolu keçən piyada Vaqif Əsədov ölüb. Daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb.
Normalda ölkədə hər gün onlarla qəza olur, bunun nəticəsində bir çox vətəndaşımız həlak olur və ya xəsarət alır.
Ancaq iş ondadır ki, “Mercedes Gelandewagen” markalı avtomobilin sahibinin baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olub. Üstəlik hadisəyə səbəb ehtiyatsızlıq deyil, qudurğanlıq olub. Azərbaycanda məmur övladlarının bahalı avtomobillərinin olması, bəzilərinin hətta avtomobil kolleksiyasına sahibliyi artıq sirr deyil. Məsələ ondadır ki, son illər məmur övladlarının sadə insanları saymaması, şəhərdə istədiklərini etməsi sanki adi hal alıb. Hətta bu cür hərəkətə görə, bu yaxınlarda general Novruzəli Orucov işdən azad edilib. Onun oğlu da avtobus sürücüsünü “əzişdirmişdi”. Ancaq nədənsə bu kimi hallar davam edir.

3 milyonluq avtomobil kolleksiyası və baş nazirin müavini


Nail Allahverdiyevin babası 3-4 sanballı vəzifə tutur. Uzun illərdir ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Bu sahəyə indiyə qədər milyardlarla vəsait ayrılıb. Hətta bir zamanlar Əli Həsənov məcburi köçkünlərə məsləhət görürdü ki, dövlətin onlara verdiyi 36 manat elektrik və mavi yanacaqla bağlı kompensasiyanı bazara aparıb ərzaq almasınlar, dərhal sosial ödənişləri yönəltsinlər. 36 manata böyük məbləğ deyən qaçqınkom sədri nəvəsi Nail Allahverdiyevin 150-200 min manatlıq avtomobilə sahib olması, “avtoşluq” etməsi, habelə “Soho Lounge Bar”-ın sahibi olmasına necə haqq qazandıra bilər?
Bəzən haram pullar ailələrə vaciə yaşadır. Odur ki, vəzifədə olub-olmamaqdan asılı olmayaraq insan gözü tox olmalı, dövlətin imkanlarından bəhrələnərək yaxın ətrafına şərait yaratmamalı, mümkün qədər sadə həyat tərzi sürməlidir. Nə yazıq ki, bizim məmləkətimizdə məmurların bu cür olması gözlənilən, ağlabatan deyil.
Şəxsən məni ilgiləndirən odur ki, Əli Həsənov qaçqınkomun sədri kimi dövlət adına mənə də hansısa formada dəstək olmalıdır. Çünki mən 9 yaşımda Ermənistandan qaçqın düşmüşəm, dədə-baba torpağımdan qovulmuşam. Ancaq bu günə qədər “qaçqınkomun” mənim kimi minlərlə qaçqının problemini dinləməsini görməmişəm. Ancaq hansısa reket jurnalistə köçkünlər üçün tikilən binada ev verildiyi bəlli olmuşdu. Üstəlik onun nəvəsinin dəyəri 100 minlərlə ölçülən avtomobilləri var. Məsələn, cavan bir uşağın təxminən avtomobil kolleksiyasının ümumi dəyəri 3 milyon dollar olduğu haqda xəbərlər yayılıb.
Əli Həsənov təkcə baş nazirin müavini, qaçqınkomun sədri deyil. O, eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.
Mən doğulanda və özümü anlayanda bildim ki, babam müharibədə həlak olub. Mülk kəndində kolxoz sədri olsa da, özü könüllü müharibəyə getmək qərarını vermişdi..

Nemət Orucov
Redaktor
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun nəvəsini hansı cəza gözləyir?

    Əli Həsənovun nəvəsini hansı cəza gözləyir? ...

    5-08-2017, 12:50

  • 
  • Baş həkim "Gelandewagen" qəzasında xəsarət alanların vəziyyətindən danışdı

    Baş həkim "Gelandewagen" qəzasında ...

    5-08-2017, 18:37

  • 
  • Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama — "Hazırda ailəsinin yanındadır"

    Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama — ...

    4-08-2017, 17:45

  • 
  • DİN Bakıdakı səs-küylü "Gelandewagen" qəzası haqda: “Sükan arxasındakı şəxs məsuliyyətə cəlb olunacaq”

    DİN Bakıdakı səs-küylü "Gelandewagen" ...

    5-08-2017, 12:38

  • 
  • Son dəqiqə! Əli Həsənovun nəvəsinin düşdüyü AĞIR QƏZANIN +18 VİDEOsu yayıldı

    Son dəqiqə! Əli Həsənovun nəvəsinin düşdüyü AĞIR ...

    4-08-2017, 13:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu