GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qaçqınkom” sədri canını qurtardımı...

“Qaçqınkom” sədri canını qurtardımı...

Tarix: 17-08-2017, 15:05 Bölmə :Cəmiyyət Baxış: 355
“Qaçqınkom” sədri canını qurtardımı...


Azad İsazadə: “Məmurların, onların ətrafının bir davranış çərçivəsi olmalıdır”


Baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzada ölən şəxsin ailəsinə baş çəkdi. Komitə sədrinin “xruşşovka”nın 5-ci mərtəbəsinə liftsiz qalxması elə təqdim edildi ki, guya böyük bir qəhrəmanlıq baş verib...

Hazırda proses qəzanın və onun səbəblərinin unutdurulması istiqamətinə yönləndirilir. Halbuki Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəzada 2 nəfər ölüb, 2 nəfərin isə ağır yaralanıb. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb. Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşınla başqa bir avtomobillə ötüşməsi olub. Yəni komitə sədrinin nəvəsi qayda-qanuna riayət edib yolla hərəkət etdiyi bir vaxtda nasazlıq, qəfil bir olay üzündən baş verməyib. Dəhşətli qəzadan sonra Əli Həsənovun nəvəsinin həbsi xeyli ləngidi. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, komitə sədrinin nəvəsinin həbsi ilə azadlıqda qalması arasında elə də ciddi fərq yoxdur. Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb. Və belə aydın olur ki, təcridxananın personalı səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaradıb. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir...

“Yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır. Ona görə ki, o, baş nazirin müavininin nəvəsidir...” – deyə yayılan məlumatda bildilirdi.
Heç şübhəsiz ki, Nail Allahverdiyevin harınlığı babasının vitse-premyer olmasından bilavasitə qaynaqlanıb. Belədə sual yaranır: Komitə sədri olan babanın nəvəsinin həyatdan məhrum etdiyi şəxsin ailəsinə baş çəkməsi vəziyyəti dəyişirmi? Əli Həsənov nəvəsinin dəhşətli cinayəti üzündən düşdüyü vəziyyətdən qurtula bildimi

Psixoloq Azad İsazadə deyir ki, ümumilikdə Əli Həsənovun atdığı addım müsbət qarşılanmalıdır: “Onun nəvəsinin törətdiyi dəhşətli qəzada itki vermiş ailəyə başsağlığı vermək çətin bir vəzifədir. Əli Həsənov ora gedəndə 3 mərtəbə qalxıb, 5 mərtəbə çıxıb – bu, mahiyyəti dəyişmir. Nəvəsi dəhşətli bir qəza törətmiş baba vacib bir addım atıb. Əli Həsənov ora gedəndə səmimi olub, qeyri-səmimi olub, bu da başqa bir söhbətin mövzusu ola bilər. Qaldı ki, nəvəsinin həbsdə ikən fərqli bir şəraitdə saxlanmasına, hamı bilir ki, təcridxanada kimsəyə mobil daşımağa, üstündə saxlamağa icazə yoxdur. Buna görə də cinayət məsuliyyəti müəyyən olunur. Görünür ki, Əli Həsənovun nəvəsi üçün istisnalar var. Bu da bir qanunsuzluqdur”.

A.İsazadə məmurların nəvə-nəticələrinə bahalı maşın almalarının psixoloji amillərlə əlaqəsinin olduğunu deyir: “Psixoloji baxımdan Şərq ölkəsinin nümayəndələri kimi bir balaca təmtəraq, başqalarından böyük maşınlarla, bahalı əşyalarla, dəbdəbə ilə fərqlənmək bizlərdə var. Bunu hamılıqla xoşlayırıq. Sözsüz ki, kimin maddi imkanı daha yaxşıdır, daha bahalı əmlaka, maşına, əşyalara pul xərcləyir. Nail Allahverdiyev də komitə sədri Əli Həsənovun nəvəsidir. Burada bir balaca acgözlük məsələsi də var. İmkandan asılı olmayaraq insanın gözü tox olmalıdır. Məmurların, onların ətrafının bir davranış çərçivəsi olmalıdır. Bilməlidirlər ki, qanunları pozmaq olmaz. Pulun çoxluğu qanunların pozulmasına, dəhşətli faciələrə gətirib çıxarmasına yol açmamalıdır. Digər tərəfdən də bahalı maşının alınmasına xərclənən pulun mənbəyi də araşdırma mövzusu olmalıdır. Məmurlar, onların ətrafları sadə, bir qədər abırlı olmalıdırlar”.

A.İsazadə deyir ki, bahalı maşınları alıb övladlarının, nəvə-nəticələrinin altına verən məmurlar onlarla izahat işi də aparmalı olduğunu deyib: “Ümumiyyətlə, maşın sürən hər kəs elementar yol hərəkəti qaydalarını pozmaqdan çəkinməlidir. Düşünməlidir ki, qanunu pozmamalıdır. Sükan arxasına keçəndə yalnız özünə arxalanmalı, baş verə biləcək hadisələr görə məsuliyyət daşıdığını dərk etməlidir. Qanundan qorxmaq da lazımdır. Təəssüf ki, “N” qədər insan var ki, qohum-qardaşına, vəzifəli baba-dayısına, atasına arxalanır. Düşünür ki, idarə etdiyi nəqliyyat vasitəsinin texniki baxımdan saatda 250 kilometr sürətlə hərəkət etmək imkanları varsa, deməli bu nəqliyyat vasitəsini məhz 250 sürətlə hərəkət etdirə bilər. Halbuki ölkə ərazisində maksimal sürət həddi saatda 120 kilometri aşmır. Sükan arxasına keçən bəzi məmur övladları düşünür ki, qanun onun üçün o qədər də vacib deyil. Bu onu göstərir ki, bəzən yazılı qanunlar işləmir. Yazılmayan qanunlarla idarə olunur məsələlər. Sadəcə pula, dədə-babaya arxalanıb qanunu pozurlar. Ölkədə bir çoxlarında, xüsusən məmurların yaxın çevrələrində qanundan qorxmamaq vərdişi formalaşıb. Ortada günahsız insanlar, vətəndaşlar əziyyət çəkir”.

A.İsazadə Ə.Həsənovun nəvəsinin qəzada öldürdüyü şəxsin ailəsinə baş çəkməsinin onun məsuliyyətini azaltmadığını deyir: “Aydındır ki, baba öz nəvəsini xilas etmək üçün həmin ailəyə baş çəkdi. Başsağlığıya o ailəyə getməsi müsbət bir addımdır. Amma bu Əli Həsənovun nəvəsini cəzadan yayındırmasına qədər gedib çıxmamalıdır. Baba xəstə nəvəsinə böyrəyini, qanını verə bilər. Hazırda isə situasiya fərqlidir. Nəvə özü də istəmədən 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına gətirib çıxaran ağır bir qəza törədib. Buna görə onu cəzadan yayındırmaq olmaz. Cəzasını çəkməlidir ki, gələcəkdə belə addımları atmaqdan çəkinsin. Əks halda cəmiyyət onun daha dəhşətli əməllərinin şahidi ola bilər”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mediada gündəm olan ƏLİ HƏSƏNOV sükutu pozdu - Qaçqınkom sədri nəvəsinin törətdiyi qəzadan danışdı

    Mediada gündəm olan ƏLİ HƏSƏNOV sükutu pozdu - ...

    6-08-2017, 17:41

  • 
  • Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki Türkiyə vətəndaşını da vurub -2 ÖLÜ, 2 YARALI

    Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki ...

    4-08-2017, 15:14

  • 
  • Son dəqiqə! Əli Həsənovun nəvəsinin düşdüyü AĞIR QƏZANIN +18 VİDEOsu yayıldı

    Son dəqiqə! Əli Həsənovun nəvəsinin düşdüyü AĞIR ...

    4-08-2017, 13:58

  • 
  • Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı — RƏSMİ AÇIQLAMA

    Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi ...

    7-08-2017, 18:52

  • 
  • Əli Həsənovun nəvəsini hansı cəza gözləyir?

    Əli Həsənovun nəvəsini hansı cəza gözləyir? ...

    5-08-2017, 12:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu