Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada yanğın başlayıb.
gundemxeber.az "Report"-a istinadən xəbər verir ki, yanğın hadisəsi Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.
Daha sonra isə “GUCCİ” mağasına keçib. Mağazalarda satılan geyimlər küçəyə çıxarılıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.
İlkin məlumata görə, yanğın kondisionerdəki qısaqapanmadan baş verib.
Sorğu
Yeni dizaynımız necədir?