GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mehman Əliyev barəsində 3 aylıq HƏBS QƏRARI

Mehman Əliyev barəsində 3 aylıq HƏBS QƏRARI

Tarix: 26-08-2017, 11:20 Bölmə :Cəmiyyət Baxış: 448
Mehman Əliyev barəsində 3 aylıq HƏBS QƏRARI


Hüquq müdafiəçiləri və vəkillərdən olaya reaksiyalar gəldi; Mətbuat Şurası ölkə prezidentinə müraciət etdi...

Avqustun 24-də “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev həbs edilərək, barəsində 48 saat şübhəli şəxs qismində saxlanma qərarı çıxarılmışdı. Dünən axşam saatlarında məhkəmə qarşısına çıxarılan “Turan” rəhbəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıldı.

Saxlanıldığı gün Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilən M.Əliyevə sonradan 192.2-ci (qanunsuz sahibkarlıq) maddəsi də irəli sürüldü.

Müstəqillik illəri ərzində daim ölkənin öndə gedən mətbu orqanlarından birinə rəhbərlik edən bir şəxsin həbsi ilk günlərdən icitimai narazılıq və narahatlıq doğurub. Ölkənin tanınmış şəxsləri, media qurumları bu həbsə öz münasibətlərini sərgilədilər.

Azərbaycan Mətbuat Şurası M.Əliyev məhkəmə önünə çıxarılmamışdan saatlar öncə onun həbsi ilə bağlı ölkə başçısına müraciət ünvanladılar. Mətbuat Şurasının müraciətində deyilirdi: “Sizin Azərbaycan mediasına, onun problem və çətinliklərinin aradan qaldırılmasına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn həssas münasibətiniz ölkəmizdə mövcud istiqamətdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu dəst-xəttiniz jurnalistlərimiz tərəfindən dərin rəğbət və ehtiramla qarşılanmaqdadır. Media ictimaiyyətimiz eyni zamanda söz və ifadə azadlığının dərinləşməsinə yönələn səmimi mövqeyinizi görür, yüksək qiymətləndirir, səsləndirdiyiniz fikirləri özünün fəaliyyət platforması kimi qəbul edir. Qətiyyətlə demək olar ki, Siz azad sözün, müstəqil fikrin müdafiəçisi olan işıqlı lidersiniz. Buna görə də jurnalistlər Sizi özlərinin dostu hesab edirlər və heç şübhəsiz, bu dostluq əbədidir.

Bildiyimiz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin müstəqilliyi uğrunda mücadilənin geniş vüsət aldığı bir dövrdə prosesin ilhamvericisi qismində çıxış edən media orqanlarımız da təşəkkül tapmağa başladı. Bunlardan biri də “Turan” İnformasiya Agentliyidir. Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda “Turan”ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi.

M.Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı humanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi “Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik.

Möhtərəm, cənab prezident, xahiş edirik ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik".

Həmin gün Azərbaycanın tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı. Səadət Bənəniyarlı, Əliməmməd Nuriyev, Eldar Zeynalov, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Zaliha Tahirova, Əvəz Həsənov “Turan” İA-nın direktoru Mehman Əliyevin saxlanması ilə bağlı dəyirmi masa keçirdilər.

N.Cəfəroğlunun “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, dəyirmi masa iştirakçıları “Turan” rəhbərinin həbsi ilə əlaqədar eyni zamanda hökumət və beynəlxalq qurumların rəhbərliyi ilə danışıqlar aparırlar: “Mehman Əliyev Azərbaycanın dəyərli ziyalısı, ölkədə demokratik cəmiyyət qurulması üçün fədakarca mübarizə aparan vətəndaşdır. Onun həbsindən ciddi narahatlıq keçiririk. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna ciddi zərbə olardı. Ümid edirik ki, hökumət bu məsələdə adekvat mövqe tutacaq”.

Ə.Nuriyev öz facebook səhifəsində də M.Əliyev barədə qəti qərar çıxarılandan sonra bu statusu paylaşıb: “Mehman Əliyev ölkəmizdə vətəndaş cəmiyyətinin, medianın inkişafı, Azərbaycan maraqlarının qorunması uğrunda hər zaman çalışan dəyərli şəxsiyyətlərimizdən biridir. Uzun illərdən bəri, Milli Azadlıq Hərəkatından bu yana bərabər addımlamışıq. Mehman bəy hər zaman açıq fikirliyi, mütərəqqi ideyaları və yanaşmaları ilə fərqlənib. Ölkəmizdə müstəqil medianın qaranquşlarındadır. Böyük bir media məktəbinin əsasını qoyanlardandır. Əminik ki, Mehman bəyin saxlanılması ilə bağlı anlaşılmazlıq aradan qalxacaq və o, tezliklə azadlığa qovuşaraq öz ənənəvi ictimai və jurnalistika fəaliyyətinə davam edəcək. Bununla əlaqədar əlimizdən gələn qədər çalışacağıq”.

“Turan” agentliyinin kollektivi isə, direktor M.Əliyevin saxlanmasından sonra sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandıracağını elan edib.

Kollektiv bildirib ki, M.Əliyevə qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

“Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir”.

“Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək”, kollektivin açıqlamasında deyilib.
Vergilər Nazirliyinin yaydığı bəyanatda deyilir: “Turan" İnformasiya Agentliyi MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir ki, istintaq zamanı "Turan" İnformasiya Agentliyi MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib".

M.Əliyevə qarşı irəli sürülən üç maddə üzrə onu nə qədər cəza gözləyir?

Bununla bağlı “Yeni Müsavat”a danışan tanınmış hüquqşünas Əsabəli Mustafayev bunları dedi: “Bu maddələr az ağır dərəcəli kateqoriyaya aid cinayət işləridir. Çoxu deyir ki, 308.1 maddəsidir. Əgər 308.2-dirsə, bu, ağır cinayətlərə aiddir. Orada 8 ilə qədər cəza gözlənilir. Əgər bu maddə 308.1-dirsə, az ağır cinayət sayılır. Burada 5 ilə qədər cəza nəzərdə tutulur. Bu üç maddənin içərisində ən ağırı 308-ci maddədir. O biri maddələrdə cəza 3 ilə qədərdir. Əgər bu ittihamlar qüvvədə qalarsa, gələcəkdə məhkəmə hökmü olacaqsa, təqribən 5-7 il arasında cəza olacağını düşünürəm. Az ağır dərəcəli maddələr olduğuna görə, 7 ili keçməyəcəyini zənn edirəm. Burada çox maraqlı məsələ qanunsuz sahibkarlıq maddəsinin verilməsidir. Çünki bu rəsmi orqandır, hüquqi şəxsdir. 192-ci maddə isə lisenziyası olmadan yaxud müvafiq qeydiyyata alınmadan fəaliyyət göstərilməsidir. Özləri də deyirlər ki, bu təşkilat vergi ödəyib, amma guya az ödəyib. Başa düşülən ittiham deyil ki, qeydiyyatda olan təşkilat kimi həm vergi ödəyir, həm də qanunsuz sahibkarlıqdır. Vəkillər yəqin ki, buna şərh verəcəklər. 308-ci maddə isə tam qondarmadır. Hətta lap vergidən yayınma varsa belə, bu əməli artıq özü əhatə edir, yəni vergidən yayınıb. 213-cü maddədə göstərilir ki, şəxs ilk dəfə bu maddə ilə ittiham olunursa, o şəxs məsuliyyətə cəlb olunmaya bilər. Görünür bunun qarşısını almaq üçün həmin 308-ci maddəni irəli sürüblər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Turan agentliyinin direktoru Mehman Əliyev 3 aylıq həbs edilib

    Turan agentliyinin direktoru Mehman Əliyev 3 ...

    25-08-2017, 20:36

  • 
  • Vergilər Nazirliyi: Mehman Əliyev qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 148.310 manat məbləğində gəlir əldə edib

    Vergilər Nazirliyi: Mehman Əliyev qanunsuz ...

    25-08-2017, 17:10

  • 
  • Turan agentliyinin direktoru Mehman Əliyev saxlanılıb

    Turan agentliyinin direktoru Mehman Əliyev ...

    24-08-2017, 22:20

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezidentə müraciət etdi

    Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezidentə ...

    25-08-2017, 13:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu