GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polislərdən sürücüyə qarşı görünməmiş quldurluq

Polislərdən sürücüyə qarşı görünməmiş quldurluq

Tarix: 29-08-2017, 13:20 Bölmə :Cəmiyyət Baxış: 426
Polislərdən sürücüyə qarşı görünməmiş quldurluq


Mustafa namazov: “Polislər məni döydü, avtomobili əlimdən aldılar” “Avtomobilimdə olan 1150 manat pulumu və “Samsunq” markalı bahalı telefonumu götürüblər”

Bakı şəhər sakini Mustafa Namazov bildirib ki, bu ilin iyunun 6-da Olimpiya stadionu ilə üzbəüz körpünün yaxınlığında idaerə etdiyi 99 KV 892 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili 348 və 494 nömrəli Dövlət Yol Polisinə məxsus maşında olan 3 əməkdaşı tərəfindən saxlanılıb. Onun sözlərinə görə, yol polisinin əməkdaşları ona sərxoş vəziyyətdə avtomobili idarə etdiyini deyiblər: “Həmin polis əməkdaşlarına bildirdim ki, sərxoş deyiləm, istədiyiniz yerə gedərək müayinədən keçə bilərəm. Lakin onlar məni döyərək avtomobilimi əlimdən almaq istədilər. Sonra onlar mənim yanımda oturaraq avtomobilimi “Xəmsə” şadlıq sarayının yanındakı cərimə meydançasına apardılar”. Şikayətçinin sözlərinə görə, cərimə meydançasının yaxınlığında həmin yol polisinin əməkdaşları onu döyüblər və daha sonra avtomobilini əlindən alıblar: “Avtomobilimi əlimdən aldıqdan sonra bildirdim ki, maşında 1150 manatım və “Samsunq” markalı bahalı telefonum qalıb, icazə verin, pulumu və telefonumu götürüm. Amma onlar maşınımda olan pulumu və telefonumu götürməyimə imkan vermədilər. Avtomobilimi cərimə meydançasına apardılar. Avtomobilimin cərimə meydançasında saxlanılması barədə heç bir akt tərtib edilmədi və mənə verilmədi. Sonradan avtomobilimi cərimə meydançasından götürdüm. Amma nə pulum, nə də telefonum geri qaytarılmadı”. Mustafa Namazov qeyd edib ki, həmin gün Yasamal rayonunda sərxoşluq müayinəsindən keçib: “Müayinə nəticəsində sərxoş olmadığım müəyyən edildi. Elə həmin gün ağrılarımla əlaqədar olaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etmişəm. Sonra baş verənlərlə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə şikayət ərizəsi vermişəm. Bu günə kimi heç bir tədbir görülməyib. Yol polisinin 3 əməkdaşı məni döyərək quldurluq cinayəti törədiblər. Xəsarət almağımla bağlı ekspertiza rəyi var”. Şikayətçi “Gündəm Xəbər”ə qeyd edib ki, hadisə ilə bağlı baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Sabunçu rayon prokuroru Ceyhun Şirinova müraciət edib: “Müraciətimdə mənə qarşı quldurluq törədən yol polisinin əməkdaşları barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə cinayət işi açılaraq, istintaqın aparılması barədə müvafiq göstəriş verilməsini xahiş edib. Şikayətimdən sonra Sabunçu rayon Prokurorluğunda araşdırma başlanıb. Araşdırma başlanandan sonra prokurorluğa çağırıldım. Müstəntiq izahatımı və ifadəmi aldı. Bundan 2 ay müddət keçməsinə baxmayaraq bir nəticə yoxdur”. Mustafa Namazov qeyd edib ki, onun işinə düzgün baxılmasa, özünü Prezdent Adminstrasiyasının qarşısında yandıracaq. Onun sözlərinə görə, yol polisinin əməkdaşları onu saxlayan zaman özlərini təqdim etməyiblər, döş nişanları da üstlərində olmayıb: “Həmin gün maşında atam olmayıb. Mən özüm tək olmuşam”. Zərərçəkmiş Mustafa Namazovun vəkili Cəfər Cəfərlinin sözlərinə görə, yol polisinin əməkdaşları tərəfindən müvəkkilinə qarşı quldurluq hərəkətləri olub: “Mustafa Namazovun əlindən maşının alıblar. Maşının içərisində bahalı telefon, bir də 1150 manat pul olub. Həmin telefonu və pulu yol polisinin əməkdaşları götürüblər, götürülmə haqqında protakol tərtib etməyiblər. Bu günə qədər də həmin pul və telefon qaytarılmayıb”. Cəfər Cəfərli qeyd edib ki, baş verən hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma başlanıb: “Quldurluq cinayətləri ilə bağlı təhqiqat araşdırmasının müddəti yoxdur. Həmin iş Sabunçu rayon Prokurorluğunda material şəkilindədir. Araşdırma aparılır, nəticə ilə bağlı məlumat verəcəklər. Cinayət tərkibi olsa, cinayət işi açacaqlar, yoxdursa şikayətimizi rədd edəcəklər. Biz hesab edirik ki, burada cinayət tərkibi var. Əgər cinayət işinin başlanması rədd edilsə, biz həmin qərardan şikayət verəcəyik”. Vəkil bildirib ki, zərərçəkmiş Mustafa Namazovdan ifadə alınıb: “Həmin yol polisinin əməkdaşlarından ifadə alınacaq. İfadə alınandan sonra bu məsələyə qiymət veriləcək. Bir az bu məsələ prokurorluqda yuvanıb, bunu deyə bilmərəm ki, nəyə görə yuvanır. Bundan bir müdafiəçi kimi narahatam. Güman edirik ki, bu işdə yol polisinin əməkdaşları tərəfindən quldurluq cinayətinə yol verilib, vətəndaş döyülüb, pulu və telefonu əlindən alınıb. Guman edirəm ki, bununla bağlı yol polisinin əməkdaşları cinayət məsuliyyətinə cəlb olunacaqlar”. Sabunçu rayon Prokurorluğu ilə əlaqə saxlasaq da, baş verən olaya münasibət bildirmək istəməyiblər.


Zöhrab Təmrazov
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı müğənninin avtomobili cərimə meydançasına salındı

    Azərbaycanlı müğənninin avtomobili cərimə ...

    18-10-2016, 13:14

  • 
  • Tanınmış prodüser Təranə Səmədovanı yol polisi sərxoş vəziyyətdə saxlayıb - VİDEO

    Tanınmış prodüser Təranə Səmədovanı yol polisi ...

    29-11-2015, 13:59

  • 
  • Sərxoş sürücü polisi öldürdü – Yeniləndi

    Sərxoş sürücü polisi öldürdü – Yeniləndi ...

    1-01-2014, 19:01

  • 
  • Bakıda iki sərxoş qadın polis əməkdaşlarına çətin anlar yaşatdı - VİDEO

    Bakıda iki sərxoş qadın polis əməkdaşlarına çətin ...

    26-11-2015, 15:20

  • 
  • Bakıda yol polisi əlində sənəd olan sürücünü cərimələdi, 50 manatını alıb buraxdı - VİDEO

    Bakıda yol polisi əlində sənəd olan sürücünü ...

    13-07-2017, 21:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu