GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tənqidi fikir daha çox hakimiyyətə lazımdır

Tənqidi fikir daha çox hakimiyyətə lazımdır

Tarix: 29-08-2017, 14:02 Bölmə :Cəmiyyət Baxış: 686
Tənqidi fikir daha çox hakimiyyətə lazımdır


Son günlər Azərbaycan ictimai-siyasi gündəmini məşğul edən mövzu “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanılması və həbs edilməsidir. Məsələyə yerli və beynəlxalq ictimaiyyətdən təpkilər gəlməkdə davam edir.

Yerli Qeyri-Hökumət Təşkilatı nümayəndələrindən “Bərabər İmkanlar Mərkəzi” İctimai Birliyinin sədri Rafiq Təmrazov da ilkin olaraq öz facebook hesabında bu olaya mənfi münasibət bildirmişdir. Müxbirimizlə söhbətində R.Təmrazov bu həbsi Azərbaycanda müstəqil medianın sonunun yaxınlaşması kimi qiymətləndirmişdir: “Azərbaycanda zaman-zaman müstəqil və tənqidi fikirli media orqanları ya qapadılmış, ya da təzyiqlər nəticəsində öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Yadımdadır ki, 90-cı illərdə və 2000-ci illərin əvvəllərində çoxlu sayda müstəqil media orqanları vardı. Hətta TV-lərdə də alternativ fikirlər eşitmək mümkün idi. Müxtəlif metodlarla sıxışdırılan mətbuat bu gün son nəfəsini vermək üzrədir. Məlumdur ki, bir çox qəzetlər iqtisadi sıxıntıdan və ağır cərimələrdən sonra bağlanmaq məcburiyyətində qaldı. Azadlıq qəzeti, Azadlıq Radiosu və digər orqanların internet yayımı da məhdudlaşdırılmışdır”.
QHT sədri R.Təmrazov son dövrlər mətbuatın sıxışdırılmasını xüsusi tapşırıq kimi dəyərləndirib: “2014-cü ildə QHT-lərlə bağlı vəziyyət dəyişəndən sonra mətbuatın da sonuncu nümayəndələrinin sıradan çıxarılmasına başlanılmışdır. Xüsusilə Kanal-13 İnternet Tv-nin rəhbərinin həbsi, bir neçə jurnalistin istintaqa və dindirilməyə cəlb edilməsi göstərir ki, bu təzyiqlər təsadüfi deyil və sifariş əsasında həyata keçirilmişdir. “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin saxlanılması Azərbaycanın müstəqilliyi dövründən bu günədək azad mətbuatın inkişafına dəstək verən və ictimaiyyətin informasiya ehtiyacını ödəyən bir mətbuat orqanının susdurulmasıdır. Bu o deməkdir ki, biz alternativ fikir və mövqe eşidəcəyimiz daha bir mənbəni də itirdik. Nəzərə alsaq ki, bizim alternativ mənbələrimiz demək olar ki, yoxdur”.
M.Əliyevin saxlanmasının Azərbaycanın siyasi və beynəlxalq imici baxımından da ziyanlı olmasını QHT sədri xüsusi vurğuladı: “Baş verən hadisəyə görə Avropa Şurasının baş katibi bəyanatla çıxış etmişdir. ABŞ senatoru öz narahatçılığını ifadə etməklə bildirmişdir ki, Azərbaycan azad və müstəqil mətbuata layiqdir. Fransanın Xarici İşlər Nazirliyi də M.Əliyevlə bağlı bəyanat yaymışdır. Demək istəyirəm ki, M.Əliyevin həbsi Azərbaycanın beynəlxalq imicinə olduqca ağır zərbə vurur. Xarici ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır. Bu isə siyasi imic baxımından heç də yaxşı bir şeylər vəd etmir”.
R.Təmrazov öz sözlərini bu cür yekunlaşdırdı: “Tənqidi fikir əslində hakimiyyətə və xüsusilə də Prezidentə daha çox lazımdır. Çünki, tənqidi fikir olmayan zaman çatışmazlıqları və nöqsanları görmək olmur. Düşünürəm ki, aidiyyatı adamlar bu barədə düşünməlidirlər”.

Hüseyn
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Turan" Agentliyinin direktorunun saxlanılmasına REAKSİYALAR

    "Turan" Agentliyinin direktorunun ...

    25-08-2017, 14:23

  • 
  • RATİ Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb

    RATİ Mehman Əliyevin azadlığa buraxılmasına ...

    25-08-2017, 19:00

  • 
  • "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" Mehman Əliyevin həbsini ...

    26-08-2017, 14:59

  • 
  • Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad medianın susdurulması cəhdidir

    Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad ...

    19-08-2017, 14:52

  • 
  • Fransa mətbuatı Mehman Əliyevin həbsindən yazdı

    Fransa mətbuatı Mehman Əliyevin həbsindən yazdı ...

    27-08-2017, 12:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu