Gədəbəydə gənclər rayon ərazisində yol polisinin tələbinə tabe olmadığı üçün həbs ediliblər.
gundemxeber.az ARB TV-yə istinadən xəbər verir ki, avqust ayının 25-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı ilə Gədəbəy rayon Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdiyi reyddə polislə əlbəyaxa olmaqdan belə çəkinməyən gənclər dəmir barmaqlıqlar arxasında düşdükdən sonra əməllərini xatırlamadıqlarını deyirlər.
Həmin vaxt yol polislərinin qanuni tələblərini yerinə yetirməyən sürücü, Söyüdlü kənd sakini Samir Ələkbərov və onun sərnişini Gədəbəy şəhər sakini Pənah Bayramlı asayiş keşikçilərini təhqir etməkdən belə çəkinmədilər. Hadisədən sonra ərazini tərk edən hər iki şəxs məsuliyytədən yayınmağa çalışıblar. Ancaq Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının keçiridikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan gənclər cəzadan yaxa qurtara bilməyiblər.
Saxlanılan Pənah Bayramlı həmin gün yaxın qohumunun toy məclisində xeyli miqdarda spirtli içki qəbul etdiyini etiraf edib. Sərxoş olduğundan baş verənləri yaxşı xatırlamayan gənc peşmançılığını da gizlətməyib.
Pənah Bayramlı - Saxlanılan şəxs: "Mən toyda içmişdim. Bilmirəm necə oldu bu hadisə baş verdi. Əməlimdən çox peşmanam”.
Sürücü Samir Ələkbərov isə hadisə vaxtı sərxoş olmadığını deyib. Ələkbərov sadəcə əsəblərini cilovlaya bilmədiyini və bu səbəbdən də arzulamadığı hadisə ilə qarşılaşdığını qeyd edib.
Samir Ələkbərov - Saxlanılan şəxs: "Mən ayıq olmuşam. Sadəcə bir anlıq əsəbləşdim. İstəmədən oldu, çox peşmanam”.
İçkinin və əsəbin toruna düşən hər iki şəxsin sonrakı peşmançılığı isə faydasız olub.
Sorğu
Yeni dizaynımız necədir?