GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İsmayılovlar ailəsi “Russkiy Standard” arağından və “Hennesy” konyakından imtina edir - MÜƏMMALI GEDİŞ

İsmayılovlar ailəsi “Russkiy Standard” arağından və “Hennesy” konyakından imtina edir - MÜƏMMALI GEDİŞ

Tarix: 10-09-2017, 13:36 Bölmə :Cəmiyyət Baxış: 529
İsmayılovlar ailəsi “Russkiy Standard” arağından və “Hennesy” konyakından imtina edir - MÜƏMMALI GEDİŞ


Müfılis elan edilmiş azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılov və ailəsi “AST İnternational Environment” şirkətinin təsisçiləri sıralarını tərk edib.

gundemxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu şirkət Rusiyada alkaqollu içkilərin ən iri distribütorlarından biridir və Telman İsmayılovun kreditorları həmin şirkətə qarşı iddia irəli sürməmişdi. Başqa sözlə bu, Telman İsmayılovun ailəsinin milyardlarla dollarlıq borcuna görə kreditorların nəzarətinə keçməyən sonuncu aktivi idi.

RBC Daily yazır ki, hazırda İsmayılov və ailəsi bu şirkətin təsisçiləri sırasında yer almır. Hüquqi şəxslərin Vahid Dövlət Reyestrində yer alan məlumata əsasən onlar 2017-ci il iyunun 30-da səhmdarların sıralarını tərk ediblər. Həmin tarixə qədər Telman İsmayılovun oğlanları Sərxan və Ələkbər şirkətdə hərəyə 27.5 faiz paya malik idi. Telman İsmayılovun qohumu Zaur Mərdanov səhmlərin 25 faizinə nəzarət edirdi. Şirkətin baş direktoru Leonid Rafailov və onun qurucularından biri olan Simandu Simanduyev isə hərəyə 10 faiz paya malik idi. Hazırda isə şirkət hərəyə 50 faiz olmaqla bu iki şəxs şirkətin sahibidir. Şirkətin səhmdarlarının strukturunda bu cür kəskin dəyişikliyin səbəbi açıqlanmır.

“AST İnternational Environment” 1992-ci ildə yaradılıb. Dörd il sonra şirkət məşhur “Dovqan” arağının Rusiyada distribütörlüyünü həyata keçirmək üçün müqavilə bağlayıb. Bu, 90-cı illərdə Rusiyada ən məşhur araq idi. 1998-ci ildə Telman İsmayılovun şirkəti “Russkiy Standart” markasının distribütorlüyünü üzərinə götürüb. 2004-cü ildən isə şirkət “Moet Hennesy, “Bacardi” və digər məşhur alkaqol brendlərinin satışına dair müqavilələr bağlayıb. Qlobal maliyyə böhranı da bu şirkətə təsir etməmişdi və 2008-ci ildə “AST İnternational Environment” Rusiyanın beş ən iri alkaqol distribütorlarından biri idi.

Telman İsmayılov özü 2013-cü ilə qədər şirkətin sahibi olub. Həmin il o, səhmləri oğlanlarına verərək şirkətin təsisçiləri sırasını tərk edib. Hazırda da şirkət Rusiyanın ən iri alkaqol distribütorlarından biridir. Onun illik dövriyyəsi ötən il 12 milyard rubla yaxın olub.

Kreditorlar Telman İsmayılovdan pullarını geri tələb etməyə başlayanda Leonid Rafailov “Forbes”ə demişdi ki, İsmayılovlar ailəsinin alkaqol biznesindəki aktivi ilə bağlı problem yoxdur. “Mən heç bir təzyiq və ya qeyri-dostcasına hərəkət müşahidə etmirəm”-o deyib.

Hazırda şirkətin əsas kreditoru SMP Bank-dır. Bank şirkətə krediti ancaq malı girov almaqla verir.

Qeyd edək ki, Telman İsmayılov aktivlərini kreditorlardan qorumaq üçün hiyləgər sxemlərə əl atır. Məsələn, onun ABŞ-ın Las-Vegas şəhərində uzaq qohumlarından birinin adına kazino-otel aldığı üzə çıxmışdı. Biznesmen bir çox aktivlərini mürəkkəb sxemlərdən istifadə etməklə offşor zonalara köçürür və ola bilsin ki, onun alkaqol şirkətindəki səhmlərindən imtina etməsi də bu sxemin bir hissəsidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • VTB Telman İsmayılovun əfsanəvi restoranını satışa çıxardı

    VTB Telman İsmayılovun əfsanəvi restoranını ...

    10-12-2015, 14:11

  • 
  • Telman İsmayılovun Cahangir Hacıyevin bankına böyük borcu üzə çıxdı

    Telman İsmayılovun Cahangir Hacıyevin bankına ...

    14-11-2014, 12:18

  • 
  • Telman İsmayılovun bazarından yeraltı bunker tapıldı

    Telman İsmayılovun bazarından yeraltı bunker ...

    3-06-2013, 16:52

  • 
  • "AST-Telman" Azərbaycanda siyasətə cəlb edilmək istənilib

    "AST-Telman" Azərbaycanda siyasətə cəlb ...

    22-07-2013, 13:20

  • 
  • Müflis azərbaycanlı oliqarxa daha bir zərbə: iki mənzilinə həbs qoyuldu

    Müflis azərbaycanlı oliqarxa daha bir zərbə: iki ...

    1-07-2017, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu