Rusiya polisi Moskvada keçmiş Çerkizov bazarında 220 nəfər miqrant saxlayıb.
Rusiya mətbuatına istinadən xəbər görə azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan və 2009-cu ildə bağlanılan Çerkizov bazarında yeraltı bunker aşkarlanıb. Həmin bunkerdə qeyri-qanuni miqrantlar paltar tikişi ilə məşğul idilər.
Yeraltı sexdə 122 ədəd tikiş maşını quraşdırılmışdı və işlər sutka ərzində həyata keçirilirdi. Bunkerdə, həmçinin türk kafesi, qumar zalı və 35 nəfərlik kinoteatr olub.
Yeraltı bunker adi qaraja bənzəyir.
Saxlanılanların 100-dən artığı Vyetnam vətəndaşı, digərləri isə Orta Asiya ölkələrinin vətəndaşları olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?