GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “26” kafesinin əsl bağlanma səbəbi bəlli oldu – Abutalıbovun “Hollivud” arzusu – FOTOLAR

“26” kafesinin əsl bağlanma səbəbi bəlli oldu – Abutalıbovun “Hollivud” arzusu – FOTOLAR

Tarix: 10-09-2017, 15:32 Bölmə :Cəmiyyət Baxış: 530
“26” kafesinin əsl bağlanma səbəbi bəlli oldu – Abutalıbovun “Hollivud” arzusu – FOTOLAR


Bakının mərkəzində "26" adlı kafe bağlandı və məkandakı əşyalar müsadirə edildi. Məkan sahibi polis tərəfindən saxlandı.

Buna səbəb isə, məkanın adındakı “26” rəqəminin "26 Bakı Komissarı" ilə əlaqəli olması iddiası olub.

gundemxeber.az Musavat.com-a istinadən bildirir ki, bir müddətdir sosial şəbəkələrdə bəhs etdiyimiz məkanın fotoları yayılırdı. Bəzi saytlar da məkanı ermənilərin işlətdiyini yazmışdı. Bunun ardından ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə Bakının Xəqani küçəsində yerləşən “26” adlı restoran bağlanıb və məkandakı əşyalar müsadirə edilib.

H.Abutalıbov restoranı bağlamağa gedən zaman özü ilə bir neçə telekanal əməkdaşlarını da aparıb və hadisə yerində onlara bu açıqlamanı verib: "Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".
İcra başçısı həmçinin əlavə edib ki, obyekt bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

Məkanda olan bütün əşyalar fəhlələr tərəfindən daşınaraq, yük maşınlarına yüklənirdi. Ərzaqlar, paltar asqıları, təmizlik ləvazimatları, salfet qutuları kimi məkana məxsus şeyləri isə təmizlik işçiləri özləri üçün kənara qoyurdular və sonda da özləri ilə apardılar.
Müsadirə zamanı siyahının tutulduğunu görmədik. Qanunla müsadirə edilən zaman məkandan, evdən çıxarılan əşyalar siyahıya alınmalı, bu zaman məkan sahibi və ya yaxını iştirak etməlidir. Burada isə elə bir şey görünmürdü.

Öyrəndik ki, məkan bu ilin fevral ayında, atəşfəşanlıqla açılıb. 30-a yaxın işçi personalı olan məkan gündüzlər restoran, gecələr isə əyləncə məkanı kimi istifadə edilirmiş. Qısa müddətdir fəaliyyətdə olsa da, məkan yaxşı imicə sahib olub.

O ki qaldı buranın adının “26” olmasına, işçilər dedilər ki, məkanı işlədən Ramin adlı gəncin 26 yaşı var. Bura bu adı həm yaşına görə, həm də dünya üzrə brendləşən “26” adlı restoranların adına görə qoyub. Belə ki, bu adda bir çox ölkədə restoran və kafelər var. Müqavilə əsasında eyni adı təmsil edərək hər kəs öz ölkəsində bu məkanı aça bilər. 2010-cu ilin avqust ayında İngiltərənin London şəhərində əsası qoyulan “26 cafe”si artıq bir çox ölkələrdə var.
Hazırda İngiltərənin London, ABŞ-nın Oreqon ştatının Portlend şəhərində, Türkiyənin Əskişəhər şəhərinin Təpəbaşı yaşayış massivində, Almaniyanın Hamburq, Fransanın Marsel şəhərində və bir çox ölkələr bu kafe şəbəkəsi fəaliyyət göstərir.

İddialara görə, bir müddət öncə məkan sahibindən kimlərsə rüşvət də istəyib, amma o, verməyib.

İndi isə keçən hadisə anına.

Öyrəndik ki, bu günə kimi məkana adla bağlı hər hansı bir irad tutulmayıb. Hər şey rəsmi qaydada görülüb. Qanunla hansısa məkanın qapadılması üçün məhkəmə qərarının olması lazımdır. Üstəlik bu qərar icra olunmadan öncə məkana xəbərdarlıq edilməlidir. Amma bu hadisədə bunların heç biri olmayıb.

Ötən gün günorta saatlarında Hacıbala Abutalıbov polis əməkdaşları ilə birgə məkana daxil olub və ilk söz olaraq da bunları deyib, “Məkanı boşaldın, içəridə heç kim qalmasın, dərhal buranı tərk edin”. Bunun ardından işçilər bayıra çıxmağa başlayıblar. Məkanın sahibinin kimliyini soruşub, Ramin adlı şəxsi bölməyə aparıblar. Ardından isə Hacıbala Abutalıbov məkanın işçilərini nəzərdə tutaraq deyib ki, “Bunları tutun, basın içəri. Qoy vətən xaini olmağın nə olduğunu anlasınlar”.

Amma polislər bu sözü diqqətə almayıblar. Sadəcə məkan sahibini saxlayıblar. Ardından isə məkanda müsadirə işləri başlayıb.

İşçilər deyirlər ki, onların böyük hissəsi hələ maaş ala bilməyiblər: “Bütün bunlar absurd və gülməlidir. Bura sadəcə restorandır. Deyərdilər adı dəyişin, müdir yəqin ki, dəyişərdi. 7-8 aydır işləyən məkan hələ tam gəlir əldə etmədən bağlandı. Bizim maaşlarımız gecikirdi. Çünki gəlir az idi. Bu hadisəyə kimi bəzi saytlar xəbər yazmışdılar. Amma belə olacağını gözləmirdik. 30-a yaxın adam işsiz və maaşsız qaldı. Əşyalar müsadirə olunur. Bəzi əşyaları isə fəhlələr özlərinə ayırıblar. Bayaq fəhlənin əlindən öz çantamı güclə aldım, aparırdı”.

Kiçik araşdırma apardıq və məlum oldu ki, ötən gün polislər tərəfindən saxlanılan Ramin əslində məkanın sahibi deyil. O, sadəcə administrator olaraq çalışır.

Araşdırmamız zamanı çox şeyləri öyrəndik.

Buna bir az da hadisə yerində olan yüksək rütbəli polis əməkdaşı da köməklik etmiş oldu.

Çəkiliş edərkən həmin polis bizə, “Sənə yaxşı başlıq deyim, yaz. Növbəti məkan "Hollivud” olacaq”. Həmin anda bu sözün mənasını anlamasaq da, məkan haqqında araşdırma aparanda hər şeyi öyrəndik.

Məlum oldu ki, "26” adlı restoranın əsl sahibi Bakı Dövlət Universitetinin Hüquq fakultəsində çalışan, professor Ərəstun Qasımovdur. Buraya və həmçinin son zamanlarda məşhurlaşan "Hollivud” restoranlar şəbəkəsinə onun oğlu Əliyar Qasımov nəzarət edir. Ə.Qasımov dəbdəbəli həyatı ilə də tanınır. İddialara görə, bu məkanın qapadılması əslində Qasımovlar ailəsinə bir mesajdır. “26” məsələsi isə sadəcə bəhanədir.
Hüquqşünas Ruslan Əliyev deyir ki, hadisə zamanı məkan sahibinin ciddi şəkildə hüquqları tapdanıb: “Bu əslində əsl məhkəməlik işdir. Hadisə göstərir ki, bu, siyasi diskriminasiyadır. Adlarla bağlı dövlət orqanlarının tənzimləmə imkanı var. Amma bu məsələdə məkan sahibinin ciddi şəkildə hüquqları tapdanır. Hər bir mülkiyyət sahibinin mülkiyyət hüququ var. Hadisə göstərir ki, burada bu hüquqa əməl edən olmayıb.

Məkan sahibinin özünün ad seçmə hüququ var. Şəxsin ad seçimi onun azad işidir. Üstəlik ad həm də brend sayılır. Bu da iqtisadi cəhətdən müdaxilədir. Tutaq ki, ictimai maraqları qorumaq naminə bu addımı atır. Bunu da bu şəkildə edə bilməzlər. Hansı ki, cəmiyyətdə bu məsələ bu hadisəyə qədər ciddi müzakirə edilmirdi. Üstəlik məkan sahibinə təklif edilə bilər ki, bu adı dəyişsin. Daha bu şəkildə güc göstərməklə yox. Məkanın belə bağlanması ciddi qanun pozuntusudur. İstənilən ədalətli məhkəmədə məkan sahibi haqlı çıxaracaqdır”.

Daha bir hüquqşünas Elnur Məmmədov da deyir ki, kafenin adını “26 Bakı Komissarı” ilə əlaqələndirib məkanı bağlamaq, qanunvericiliyin tələblərinə ziddi olmaqla yanaşı, dövlət qurumlarının sahibkarlığa kobud şəkildə müdaxiləsidir: “Bu məsələdə bir şeyə diqqət etmək lazımdır. Burada kafenin adı “26”dır, “26 Bakı Komissarı” deyil. Bunları bir-biri ilə əlaqələndirmək gülüncdür, absurddur. Hətta məkanın adı “26 Bakı Komissarı” olsa belə bu qanunda qadağan deyil. Qanunda “Kafeyə, məkana “26 Bakı Komissarı” adını qoymaq olmaz” deyə bir şey yoxdur. Əgər belə adın verilməsi qadağandırsa bu qanunla tənzimlənməli idi ki, sahibkar bunu bilsin və əməl etsin.

Digər bir biabırçılıq isə kafenin bağlanmasına birbaşa yüksək vəzifəli dövlət məmurları rəhbərlik etməsidir. Bu, ciddi qanun pozuntusudur və sahibkarlıq fəaliyyətinə dövlət qurumları tərəfindən yol verilmiş müdaxilədir. Əgər doğrudan da məkanın adı “26 Bakı Komissarı” olsaydı və bu da qanunla qadağan edilsəydi, o zaman həmin kafenin bağlanması məhkəmə qərarı ilə olmalıdır. Bu qərarının icrası isə Ədliyyə Nazirliyinin icra şöbəsi tərəfindən yerinə yetirilməli idi. Ancaq qarşıdurma və müdaxilə olan zaman polis məsələyə nəzarət edə bilər. Bu formada gəlib həmin kafenin adını “26 Bakı Komissarı” ilə əlaqələndirib məkanı bağlamaq, qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, dövlət qurumlarının sahibkarlığa kobud şəkildə müdaxiləsidir”.


“26” kafesinin əsl bağlanma səbəbi bəlli oldu – Abutalıbovun “Hollivud” arzusu – FOTOLAR
“26” kafesinin əsl bağlanma səbəbi bəlli oldu – Abutalıbovun “Hollivud” arzusu – FOTOLAR
“26” kafesinin əsl bağlanma səbəbi bəlli oldu – Abutalıbovun “Hollivud” arzusu – FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbov pozğun "26-ları" darmadağın edir: "Görün bu adam nə qədər həyasızlaşıb..."

    Abutalıbov pozğun "26-ları" darmadağın ...

    9-09-2017, 17:05

  • 
  • Bağlanan "26" kafesində erotik şou — 18+ VİDEO

    Bağlanan "26" kafesində erotik şou — ...

    9-09-2017, 23:44

  • 
  • "26-lar kafesi" əxlaqsız gecə klubu idi" - Abutalıbov

    "26-lar kafesi" əxlaqsız gecə klubu ...

    9-09-2017, 22:17

  • 
  • BŞBPİ rəisi Abutalıbovun iclaslarını boykot edir

    BŞBPİ rəisi Abutalıbovun iclaslarını boykot edir ...

    29-08-2013, 19:31

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu