Sabirabad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan on nəfərdən üçü vəziyyətləri ağır olduğu üçün Bakıya gətirilib.
gundemxeber.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, həmin şəxslər Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Digər yaralıların müalicəsi isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Qeyd edək ki, sentyabrın 11-də səhər saatlarında Sabirabadda sərnişin mikroavtobusu rayon mərkəzinə gedən yolda aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
* * *14:12
Sabirabad rayonunda mikroavtobus aşıb.
Hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.
Mikroavtobusun aşması nəticəsində iki nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir.|APA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?