GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Güclü zəlzələlər ola bilər — XƏBƏRDARLIQ

Güclü zəlzələlər ola bilər — XƏBƏRDARLIQ

Tarix: 16-09-2017, 20:17 Bölmə :Cəmiyyət Baxış: 489
Güclü zəlzələlər ola bilər — XƏBƏRDARLIQ


Zaman-zaman həm yerli, həm də xarici mediada zəlzələ proqnozlarının şahidi oluruq. Təbii, bu cür məlumatlar insanların təlaşına səbəb olur. Əslində proqnozların deyilmə səbəbi qabaqcadan hazırlıq işlərinin aparılmasıdır. Lakin çox vaxt səsləndirilən fikirlər özünü doğrultmur. Yalnız təsadüfi hallarda deyilən tarixlər üst-üstə düşür.

Maraqlıdır, həqiqətən zəlzələnin proqnozunu qabaqcadan demək mümkündürmü?

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Modern.az-a açıqlamasında bildirib ki, əksəriyyət ehtimallarla gözləntini qarışdırır:

“Ehtimal və gözlənti tamam başqa şeydir. Məsələn, Abşeron ərazisi 8-9 ballıq zonadır. Bu o demək deyil ki, yaxın günlərdə eyni bal gücündə zəlzələ olacaq. Gözləmək proqnozdur. Lakin həmin zonada 20, 50 və ya 100 ilə zəlzələ olma ehtimalı mümkündür. Bu səbəbdən əhali arasında çaşqınlıq yaradılmamasını xahiş edirəm. Şamaxı da ehtimal olunan zonadır. 1902-ci ildə həmin ərazidə 9 ballıq güclü zəlzələ baş verdi. O vaxtdan bu yana 115 il keçib. Hələki eyni gücdə zəlzələ baş verməyib. Bu zəlzələ yenidən təkrarlana bilər, ehtimal var. Amma aparılan tədqiqatlar göstərir ki, yaxın müddətdə 9 bal gücündə zəlzələ gözlənilmir. Qısamüddətli proqnozu nəinki Azərbaycanda, bütün dünyada demək qeyri-mümkündür.

Qısamüddətli proqnozda üç parametr əsas götürülür: zəlzələnin yeri, vaxtı və gücü. Mən yaxın zamanlarda 3-4 bal gücündə zəlzələ olacaq deyə bilərəm. Amma bu, əhəmiyyətsiz bir şeydir və dünya standartlarında da bu cür proqnozlar qəbul edilmir. Proqnozu güclü, dağıdıcı zəlzələ üçün verirlər. Məsələn, bu yaxınlarda Meksikada, ondan qabaq dəfələrlə Yaponiya, İndoneziya, İranda zəlzələlər baş verdi.

Dağıdıcı zəlzələlərə qarşı tədbirlər görülməlidir. Təbii, bu cür zəlzələlərin nəticəsi böyük fəsadlara yol aça bilər. Bu səbəbdən hər zaman hazırlıqlı olmaq lazımdır. Lakin yenə də qabaqcadan proqnoz vermək mümkün deyil”.

Xəzər dənizində 8-9 ballıq zəlzələ ocaqları var

Q.Yetirmişli Azərbaycandakı zəlzələ ocaqlarından da söz açıb:

“Mən demirəm ki, ümumiyyətlə zəlzələ olmayacaq. Zəif zəlzələlər həmişə var. Ortamüddətli proqnozu isə yenə bir neçə il üçün demək olar. Əslində bütün bunlar əhəmiyyətsiz bir şeydir. Hər bir tikinti üçün ərazinin maksimal seysmikliyini müəyyənləşdiririk ki, burada nə vaxtsa-100, 200 və ya 500 ilə 8-9 bal gücündə zəlzələ ola bilər. Bu ehtimalı nəzərə alıb binaları zəlzələyə qarşı davamlı tikməlidirlər ki, zəlzələ olduğu halda dağıntılar az olsun.
Azərbaycanda Xəzər dənizində 8-9 ballıq zəlzələ ocaqları var. Şamaxı, İsmayıllı zonası, şimal, şimal-qərb bölgəsi, Gəncəbasar zonası, cənub zonası, Naxçıvan zonasında da zəlzələ ocaqları mövcuddur. Ümumilikdə Azərbaycan seysmatik bölgədə yerləşir. Hər zaman təkanlar olsa da, sadəcə dağıdıcı təkanlar nadir hallarda baş verir. Ən axırıncı dağıdıcı, insan tələfatına səbəb olan zəlzələ bayaq da qeyd etdiyim kimi Şamaxıda olub”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda zəlzələ gücünü ölçmək üçün müasir standartlara cavab verən cihazlar mövcuddur:

“Biz Amerikadan zəlzələ gücünü ölçmək üçün cihazlar gətirib quraşdırmışıq. Dəqiqlik 0-0,1-dən yuxarıdır, yəni cihaz, daxildə gedən bütün prosesləri yaza bilir. Bu cihazlar müasir texnologiyanın tələbatına cavab verən, ən axırıncı və güclü ölçü avadanlığıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bakıda 8-9 bal gücündə zəlzələ proqnozlaşdırılır” – Qurban Yetirmişli

    “Bakıda 8-9 bal gücündə zəlzələ ...

    7-09-2015, 17:46

  • 
  • Bakıda 8 bal gücündə zəlzələlər ola bilər - XƏBƏRDARLIQ

    Bakıda 8 bal gücündə zəlzələlər ola bilər - ...

    29-08-2017, 12:42

  • 
  • Dünəndən 50-yə yaxın afterşok qeydə alınıb

    Dünəndən 50-yə yaxın afterşok qeydə alınıb ...

    5-09-2015, 13:03

  • 
  • Azərbaycanda 4 bal gücündə zəlzələ oldu

    Azərbaycanda 4 bal gücündə zəlzələ oldu ...

    3-10-2014, 15:58

  • 
  • Azərbaycanda zəlzələ

    Azərbaycanda zəlzələ ...

    6-01-2015, 10:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu