Vergilər Nazirliyinin Bakı şəhər lokal gəlirlər departamenti “Turan” agentliyinə qarşı 2014-2015-ci illər üçün 37 kin manat məbləğində vergi sanksiyalarını bərpa edib.
Sentyabrın 18-də “Turan” agentliyinin ünvanına Vergilər Nazirliyindən 15 sentyabr tarixli üç məktub daxil olub. Məktublarda yazılıb ki, agentliyin 27 253 manat məbləğində ödənilməmiş borcu var və ödənilməmiş borcun faizi olaraq, əlavə 9 294 manat da ödəniş edilməlidir. Saytın elektron poçtuna da Vergilər Nazirliyindən eyi məzmunda məktub daxil olub. Qeyd edək ki, sentyabrın 12-də elə Nazirliyin elə həmin Departamentindən “Turan” agentliyinin ünvanına 11 sentyabr tarixli üç məktub daxil olmuşdu – onlarda deyilirdi ki, agentliyin vergi borcu və ödəniləcək hər hansı bir cəriməsi yoxdur. Maraqlıdır ki, vergi sanksiyalarının ləğvindən sonra agentliyin bank hesabları açılmışdı. Agentlik əməkdaşları, sanksiyaların bərpa edilməsi ilə “Turan”ın hesablarını yenidən dondurula biləcəyini gözləyirlər. Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilmiş, lakin sentyabrın 11-də isə azad edilərək ev dustağı edilib./muxalifet.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?