Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) Turan informasiya agentliyinə "gəlir ölçüsünün kiçildilməsi" ittihamı ilə cinayət işi açıb, agentlik bildirib.
Agentlik vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını qətiyyətlə təkzib edib, məlumatda deyilir. VCİAD-ın araşdırması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 2014-cü ildən etibarən təxminən 27 min manat əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Məlumata görə, 7 avqustda açılan cinayət işindən bir gün sonra agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb. Agentlik ..."adı çəkilən qurumların əməllərini qanunazidd və açıq-aşkar qərəzli" hesab etdiyindən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Agentlik məhkəmədən Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarını ləğv etməyi və VCİAD-in səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının qanunsuz və etibarsız sayılmasını xahiş edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?