"Yeni Müsavat" qəzetinin 22 avqust və 26 avqust saylarında, eləcə də 20 sentyabr sayında gedən yazılara cavab olaraq poçtumuza məktub göndərilib. Məqalələrdə adı çəkilən Davud Bağırov yazır:
"Abdulla Əfəndizadə tərəfindən 22 avqust və 26 avqust, həmçinin 20 sentyabr 2017-ci il tarixlərində musavat.com saytında müvafiq olaraq yenidən “Azərbaycan vətəndaşı Dubay Prokurorluğuna çağırıldı – uşaq oğurluğu işinə görə (FOTOLAR)”, “Dubayda adı uşaq oğurluğunda keçən azərbaycanlı beynəlxalq axtarışa verilir - yeni gəlişmə” və “Dubayda oğurlanaraq Azərbaycana gətirilən azyaşlının işində yeni gəlişmə” başlığı altında yeni yazılar yerləşdirilmişdir. Yazılan materialların artıq əssasız olduğunu bir daha bildirirəm və sonuncu dəfə münasibətimi bildirirəm.
Bir daha bildirirəm ki, hazırda övladımla bağlı iş məhkəmə qaydasında prosedur qaydalarına uyğun olaraq həll edilir. Lakin, hər dəfə uşaqla bağlı məsələnin məhkəmədə müzakirə ediləcək günün öncəsi Əfəndizadə yenidən öz niyyətinə uyğun olaraq hərəkət edir, mənə qarşı təzyiq etmək, məhkəməyə təsir etmək üçün bu cür üsullara əl atır. Bildirirəm ki, Azərbaycan vətəndaşı olan övladımın məsələsinin Dubay məhkəməsindən heç bir asılılığı yoxdur. Ölkəmizin çox gözəl qanun və qaydaları var, iş məhkəmə qaydasında Azərbaycan daxilində həll edilir. Belə olan halda biz necə oturub digər ölkənin qərarını gözləməliyik və ya ona boyun əyməliyik? Bununla da bağlı hazırda iş məhkəmə qaydsında gedir. Dubay məhkəməsinin qəbul etdiyi qərarın Azərbaycanda tanınmasına əsas yoxdur. Ancaq nədənsə hüquqşünas A.Əfəndizadə öz maraqları naminə bütün bunları undur, bir Azərbaycanlı övladının digər ölkəyə göndərilməsinə nail olmağa çalışır. Bir daha qeyd edirəm ki, ölkəmizin birmənalı və güclü qərarı var-Azərbaycan vətəndaşı xaricə verilə bilməz. Daha maraqlı məqam odur ki, məhkəmə tərəfindən hər hansı qərar çıxarılmamışdan öncə də Əfəndizadə məhkəmədən şikayə edərək öz narazılığını bildirir. Bu da hər dəfə böyük maraq doğurur.
Digər bir məsələni diqqətə çatdırmaq istəyirəm. Çox xahiş edərdim ki, Abdulla Əfəndizadənin bu yalan məlumatları KİV-də verilərkən bir aydınlaşdırsınlar və bu məlumatları ötürən Əfəndizadədən soruşsunlar ki, atanın öz uşağını götürərək yanında saxlaması necə uşaq oğurluğu ola bilir, bununla bağlı milli qanunvericilik nəyi nəzərdə tutur? Əfəndizadə bir vəkil olaraq bilməlidir ki, atanın uşağını öz yanında saxlaması uşaq oğurluğu kimi tövsif oluna bilməz. Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinə diqqət yetirsə Əfəndizadə bunu daha aydın görə bilər. Bundan başqa ötən yazıda Əfəndizadə özünü “hüquq müdafiəçisi” adlandırmadığını bildirib. Əfəndizadə elə maraqlı bir mövqe tutur ki, hüquqlarını qoruduğu insanın haqları naminə mənim hüquqlarımı kobud şəkildə tapdalayır, mənə qarşı etdiyi qanunsuzluqlarla bağlı məhkəməyə irəli sürdüyüm iddiaları isə əssasız sayır. 22 avqust 2017-ci il tarixli və ötən müddətdə qəzetinizdə verilən yazılarda özünü “hüquqşunas” adlandıran Əfəndizadə mənim və övladımın fərdi məlumatlarını özündə birləşdirən pasport, şəkillər və rezident kartı mediada yaymaqla hüquqlarımı kobud şəkildə pozub. Görəsən “vəkil” Cinayət Məcəlləsinin 156-ci maddəsindən(Şəxsi həyatın toxunulmazlığını pozma) xəbəri varmı? Mən bununla bağlı hüquq-mühafizə orqanları və məhkəməyə müraciət edəcəyəm. Çünki bunlar birbaşa mənim şəxsi həyatıma müdaxilə və təhdiddir. Əfəndizadə isə bunları düşünmür. Sadəcə onu düşündürəm əsas məsələ odur ki, sensasiya yaratsın, məsələni öz məğzindən uzaqlaşdırsın".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?