Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov KİV-lərə bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2014-cü il tarixli qərardadından “Yeni Müsavat” qəzetinin vermiş olduğu kassasiya şikayəti 27 noyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təmin olunmayıb.
gundemxeber.az xəbər verir ki, bu haqda müsavat.com məlumat yayıb.
“Yeni Musavat"ın hüquqşünası Vaqif Hüseyn də faktı təsdiqləyib. “Lakin bu Anar Məmmədovun “Yeni Müsavat” üzərində qələbəsi və “Yeni Müsavat”ın məğlubiyyəti olmayıb, bir oliqarxın, hüquq, qanun və sübutlar üzərində qələbəsi, Azərbaycan məhkəmə sisteminin milyadlar qarşısında məğlubiyyətidir.”
Vaqif Hüseyn deyib ki, “Yeni Müsavat” qanunlara uyğun olaraq məhkəmə qərarını yerinə yetirməkdən imtana etməyərək, öz hüquqları uğrunda mübarizəsini hüquq müstəvisində davam etdirəcəkdir. Hesab edirik ki, Ali Məhkəmə kollegiyasının qərarı AP Konstitusiyasına və qanunlarına uyğun deyil. O cümlədən, Məhkəmə qərarlarının qanuna və sübuta əsaslanmalı olması barədə Konstitusiyanın 129- cu maddəsinin III bəndinə ziddir. Ədalət mühakiməsi haqqında AR Konstitusiyasının 127. VII, 1227.VIII bəndi, habelə Əsas İnsan Hüquq və Azadlıqlarına dair Konvensiyasının 6- cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarımız ciddi şəkildə pozulmuşdur. Odur ki, AR Konstitusiya məhkəməsinə və AİHM- - şikayət hazırlayırıq və sonuncu məhkəmə qərarını aldıqdan sonra yekunlaşdırıb təqdim edəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?