9 saylı Cəzaçəkmə Müəssisində saxlanılam jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov sentyabrın 21-də qeyri-müəyyən müddətə aclığa başlayıb. Bu barədə Rüfət Səfərovun anası Tahirə Səfərova Amerikanın Səsinə bildirib.
“9 saylı Cəzaçəkmə Müəssisəsində baş verən qanunsuzluqlara, dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən "kars"lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə,cəzaçəkmə müəssisəsinin korrupsiyalaşmış qapalı tipli səhmdar cəmiyyətinə çevrilməsinə, ümumiyyətlə, hazırki ədliyyə sisteminin ötən əsrin " QULaq"ının təkrarlanmasına etiraz rəmzi olaraq siyasi dustaqlar- jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov qeyri-müəyyən müddətə aclığa başlayıblar”, Tahirə Səfərova Rüfət Səfərovun facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, sentyabrın 21-də Qırmızı Xaş Komitəsinin nümayəndələri Rüfət Səfərov və Cavid Şirəliyevə baş çəkib. Penitensiar Xidmət aclıq aksiyasına və Tahirə Səfərovanın yazdıqlarına hələ münsaibət bildirməyib/|amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?