"Domestos" təmizləyici vasitəsinin reklamında dahi bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operasının musiqisindən istifadə edilib.
gundemxeber.az Primetime.az-a istinadən xəbər verir ki, reklamda operanı sanitar qovşaqda olan mikrob ifa edib. Sözügedən reklam çarxı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri bunu böyük etirazla qarşılayıblar, sərt tənqidi fikirlər yazıblar.
Onlar bildiriblər ki, xalq bəstəkarının operasını belə bir reklamda istifadə etmək Azərbaycanın milli mənəvi dəyərlərinə qarşı təhqirdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?