Politoloq Ərəstun Oruclu Üzeyir Hacıbəyovun adı günü ilə bağlı maraqlı tarixi hadisəni paylaşıb.
Axar.az politoloqun “Tarixin ironiyası” adı ilə yazdığı hadisəni təqdim edir: “Bakıya səfərə gələn Stalin Mircəfər Bağırovdan Üzeyir Hacıbəyovu soruşanda Azərbaycan cəlladının canını qorxu alır. Çünki onun yaxın zamanda Üzeyir bəyi də repressiya eləmək planı vardı və bu istiqamətdə işlər artıq başlanmışdı. Üzeyir bəyi təcili gətirirlər, Stalinlə görüşə və görüş zamanı bütün zamanların və bütün xalqların rəhbəri Hacıbəyovdan soruşur ki, niyə azərbaycanlıların məşhur xalq qəhrəmanı Koroğlu haqqında opera yazmaq istəmir? Sualdan şaşıran Üzeyir bəy ona cavab tapmamış, Stalin bu operanı yazmaq haqqında böyük bəstəkara tapşırıq verir. Həmin zamanlarda Koroğlu haqqında operanı Müslüm Maqomayev artıq başlamış olsa da, Stalinə heç kəs etiraz edə bilmədi və Koroğlu operasını Üzeyir Hacıbəyov bəstələməli oldu. Zaman keçəcəkdi və Stalinin dünyanı lərzəyə gətirən möhtəşəm imperiyası Azərbaycanda onun Üzeyir Hacıbəyova sifariş elədiyi Koroğlu operasından üverturanın sədaları altında dağılacaqdı…»
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?