“Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. İyaxşı iş gördüklərinə inansalar da, cinayət törətdiklərinin fərqində olmayıblar”.
Məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) rəisi Mədət Quliyev deyib. M.Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: “Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. DTX rəhbəri hazırda İraqda araşdırma aparıldığını qeyd edib: “Əməkdaşlarımız hazırda İraqdadırlar və məlumat araşdırılır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?