GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Türkiyəli iş adamına qarşı görünməmiş quldurluq

Türkiyəli iş adamına qarşı görünməmiş quldurluq

Tarix: 28-09-2017, 11:57 Bölmə :Cəmiyyət Baxış: 393
Türkiyəli iş adamına qarşı görünməmiş quldurluq


Yol qəzası görüntüsü yaradıldı, iş adamının avtomobili və 54 min manatı ələ keçirildi

Cinayəti planlaşdıran təqsirləndirilən şəxs hadisəni namus üstündə törətdiyini açıqladı


Şirvan şəhərində quldurluq etməkdə təqsirli bilinən şəhər sakinləri – 1983-cü il təvəllüdlü Ayət Mirzəyev və 1988-ci il təvəllüdlü Natiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Ayət Mirzəyev 3 aprel 2016-cı il, saat 22 radələrində tanışı Natiq Əhmədov ilə birlikdə Türkiyə Respulikasının vətəndaşı Akkurt Sadrettin Rıza oğlunun əmlakını ələ keçirmək qərarına gəliblər.

Bu məqsədlə onlar tanışı Sadiq Ağayevə məxsus olan “Vaz 21099” markalı avtomobillə Şirvan şəhəri, Məhəmməd Əsədov küçəsinə gəliblər. Natiq Əhmədov əvvəlcədən əldə edilmiş razılığa əsasən özləri ilə gətirdiyi velosipedi avtomobilin arxa yük yerindən götürərək orada gözləyib. Ayət isə Sadrettin Akkurtun gəlməsini dəqiqləşdirmək məqsədi ilə tanışını idarə etdiyi avtomobillə “Köhnə bazar” adlanan ticarət mərkəzinin önünə gələrək orada gözləyib.

Bu zaman Ayət Sadrettin Akkurtun idarə etdiyi “Toyota Land-Cruiser” markalı avtomobillə gəldiyini görüb, bu barədə Natiq Əhmədova mobil telefon vasitəsi ilə məlumat verib. Sonra özü də idarə etdiyi avtomobili Məhəmməd Əsədov küçəsi istiqamətində Sadrettin Akkurtun arxasınca sürüb.

Həmin vaxtı velosipedlə yolu kəsən Natiq Əhmədov guya Sadrettin Akkurtun idarə etdiyi avtomobillə vurulmasını imitasiya edərək yerə yıxılıb, Sadrettin Akkurt Natiq Əhmədovu avtomobillə vurduğunu zənn edərək ona köməklik etmək məqsədi ilə maşınından yerə düşüb.

Az sonra Ayət Mirzəyev Sadrettinə arxadan yaxınlaşaraq əlində olan dəmir təkər açarını onun baş nahiyəsindən zərbə endirib.

Onlar zərərçəkmişə xəsarət yetirməklə basqın edərək, onun “Toyota Land-Cruiser” markalı avtomobilini ələ keçirməklə 68000 manat dəyərində ziyan vurublar. Həmin avtomobili Natiq Əhmədov idarə edib və Şirvan-Salyan yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisinə keçən hissəsinə aparıb.

Orada avtomobili yolun kənarına tullayaraq həmin vaxt avtomobilin arxa yük yerində olan zərər çəkmişə məxsus 54000 manat nəğd pulu və 150 manat dəyərində “Samsung Galaxy J1” markalı mobil telefonu götürüblər. Basqın edənlər türkiyəli iş adamına ümümilikdə 54150 manat dəyərində əmlakını ələ keçiriblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 185.3.2, 185.3.3-cü (külli miqdarda ziyan vurmaqla, həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslərin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayət Mirzəyev 13 il 6 ay, Natiq Əhmədov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Dedi bacısı ilə əlaqəsi var”

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini, ədalətli qərar qəbul edilməsini xahiş ediblər.

Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ayət Mirzəyev ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, dostu Cəlilabad şəhər sakini Əjdər Əjdərovla görüşüb və söhbət edərkən Əjdər ona işlədiyi şirkətin müdiri Sadrettin Akkurtla onun Bakı şəhərində Universitetdə oxuyan bacısı ilə əlaqələrinin olması barədə söz-söhbətlərin çıxdığını bildirib və ondan Sadrettin Akkurtu cəzalandırmağı xahiş edib: “Əjdərlə dost olduğum üçün onunla razılaşdım. Sadrettin Akkurtu cəzalandıracağıma, yəni onunla görüşüb, onu başa salacağıma söz verdim. Hadisə baş verdiyi günə kimi Sadrettin Akkurtla bir neçə dəfə görüşmək istəsəm də, görüşə bilməmişəm”.

“Türkün pulunu götürməmişik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 3-də Əjdər ona zəng edərək Sadrettin Akkurtun axşam saatlarında Gəncə şəhərindən Şirvan şəhərinə gələcəyini bildirib: “Bunun üçün

hazırlıq görərək qonşuluğumda yaşayan Sadilin yaşadığı evə gəldim və onun VAZ-21099 markalı avtomobilini götürdüm. Sonra Çılpaqlı qəsəbəsinə gələrək tanışım Natiq Əhmədovla görüşdüm. Natiqə bir nəfər şəxsin ünvanıma telefonda söyüş söyməsini bildirdim, onu cəzalandırmaq lazım olduğunu dedim. Natiq razılaşdığından, birlikdə, saat 20:30-da Şirvan şəhərində yerləşən işıq idarəsinin yanına gəldik. Əvvəlcədən maşının yük yerinə qoyduğum velosipedi çıxardaraq Natiqə verdim və ona velosipedlə həmin şəxsin maşınının qarşısına çıxmasını tapşırdım. Təxminən 15 dəqiqə gözlədikdən sonra Sadrettin idarə etdiyi Land-Cruiser markalı avtomaşınla mağazadan çıxdı və yolda getdiyini gördüm. Maşınla Sadrettinin arxasınca getməyə başladım. Natiqə zəng edərək həmin maşının onun yanına çatmaq üzrə olduğunu bildirdim. Sadrettin Natiqin dayandığı yerə çatanda, Natiq velosipedlə onun qarşısına çıxdı. Sadrettin onu maşınla vurdu, həmin vaxt idarə etdiyim maşını türkün avtomaşınının arxasında saxladım. Əvvəlcədən özüm ilə gətirdiyim təkər açarını götürərək onlara yaxınlaşdım. Türkün yerə yıxılmış vəziyyətdə olan Natiqə köməklik etdiyini görərək arxadan təkər açarı ilə Sadretinin baş nahiyəsinə bir zərbə vurdum. Türk huşunu itirərək yerə yıxıldı. Natiq onun gəldiyi maşına, mən isə türkün avtomaşınına minərək dərhal hadisə yerindən uzaqlaşdıq. Hadisədən sonra Natiqlə əlaqə saxladım, onunla görüşərək Natiqə bu barədə heç kimə danışmamasını tapşırdım. Hadisədən 2 gün sonra hər ikimiz yaxalanmışıq. Polis şöbəsində olan zaman Əjdərlə görüşmüşəm, onunla söhbət edərkən sonuncu narahat olmamalarını deyərək bizi qurtaracağını bildirib. Lakin Əjdər onlara hər hansı bir

köməklik etməyib. Biz türkün avtomobilindən pul və ya digər əşya götürməmişik. Sadrettin Akkurtun avtomobilini idarə edərkən onun telefonuna zəng gəldiyindən əsəbləşərək türkün telefonunu yerə çırparaq sındırmışam. Sadrettin Akkurt hər dəfə izahatında avtomobildə müxtəlif pul məbləğinin olduğunu bildirib”.

“Dedi ki, bacımı yoldan çıxaran hərəkətlər edib”

Ayət Mirzəyev apelyasiya şikayətlərinin təmin olunmasını və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. O, apelyasiya şikayətində göstərib ki, baş verən hadisəni Əjdərin istəyi və israrlı törədib: “Əjdər ilə yaxın olmuşuq, münasibətlərimiz xeyli əvvəldən olub. Hadisədən bir neçə gün əvvəl Əjdərlə danışmışam. Əjdər məndən xahiş etdi ki, bir məsələdə ona köməklik edim. Əjdər dedi ki, Akkurt onun bacısının adına söz çıxarıb, üstəlik bacısı ilə yoldan çıxaracaq hərəkətlər edib. Bu səbəbdən də yaşadığı rayonda biabır olublar. Ona görə də Akkurtu cəzalandırmaq lazım olduğunu, ona dərs vermək gərəkliyini söylədi. Əjdərə bildirdim ki, bəs özün və ya atan bunu niyə etmirlər. O, cavabında bildirdi ki, əgər o və atası Akkurta hər hansı xəsarət yetirsələr tez bir zamanda üstü açılacaqdır. Ona görə ki, o və atası Akkurtun şirkətində işləyirlər və türk iş adamı onları görən kimi tanıyacaq. Üstəlik Əjdər dedi ki, əvvəllər soyğunçuluq etdiyinə görə həbs edilib və özü bu işi görərsə birinci şübhəli şəxs olacaq. Bildirdi ki, mən bu işi görsəm, kimsə bilməyəcək, hətta işin üstü açılsa onlar türk iş adamına təsir edərək, məni şikayət etməkdən çəkindirəcəklər. Bu türk iş adamının Azərbaycanlı qıza sataşmasını özümə sığışdıra bilmədiyim

üçün təkliflə razılaşdım. Akkurtun harda olduğunu, nə zaman gələcəyi, harada yaşadığı, hətta hansı döngədən dönəcəyi barədə bütün məlumatları mənə Əjdər verib. Akkurtun necə cəzalandırmağın, onun qarşısını kəsməyin planını da Əjdər cızıb. Hadisə vaxtı Akkurt Sadrəttinin maşınında pul olması barədə hər hansı məlumatım olmayıb”.

Məhkəmədə Ayət Mirzəyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub. O, ibtidai istintaqa verdiyi ifadəsində fərqli danışıb.

“Yaxşı pul əldə edəcəyimi bildirmişəm”

İbtidai istintaq zamanı ifadə verən Ayət Mirzəyev bildirib ki, həyat yoldaşı Ruhiyyə Mirzəyeva təxminən 8 il bundan əvvəl “Galaxy” şirkətinin Saatlı rayonunda yerləşən filialında işləyib, həmin vaxtdan şirkətin müdiri Sadrettin Akkurtu tanıyıb, Ruhiyyəni işə aparanda və yaxud gətirəndə hərdən Sadrettin Akkurtla görüşüb: “Ruhiyyə işdən çıxdıqdan sonra onu bir daha görməmişəm. Təxminən il yarım bundan əvvəl şirkətin Şirvan şəhərində M.Əsədov küçəsində filialı açılıb, qohumum Səbuhi orada işlədiyindən həmin şirkətə getmişəm. Şirkətin müdiri Sadrettin Akkurtun ayda iki dəfə müxtəlif rayonlara gedərək, şirkətin filiallarında olan pulları yığaraq Şirvan şəhərinə qayıdarkən üzərində 100-200 min manat pul olmasından məlumatı olub. Həyat yoldaşım Ruhiyyə həmin şirkətdə işlədiyi üçün bunları bilmişəm. Hadisədən 5-6 ay əvvəl Sadrettin Akkurtun rayonlardan pulları yığıb gələrkən həmin pulları ələ keçirmək qərarına gəlmişəm, həmin işi görməkdən ötrü qonşuluqda yaşayan dostum Natiqlə bu barədə danışmışam, ona yaxşı pul əldə edə biləcəyimi bildirmişəm. Natiqə ələ keçirəcəkləri pulu yarıya böləcəyimə söz vermişəm. Natiq mənimlə razılaşıb və həmin vaxtdan Sadrettini güdməyə başlamışıq”.

“Maşından heç nə tapa bilmədik”

Təqsirləndirilən şəxs ifadəsində türkiyəli iş adamını izləməyindən, daha sonra onu qarət etmələri barədə geniş danışıb. Türkiyəli iş adamına xəsarət yetirəndən sonra onun avtomobili ilə Hacıqəhramanlı qəsəbəsinə tərəf getdiklərini deyən Ayət Mirzəyev əlavə edib ki, qəsəbədə dayanıblar, Natiqlə birlikdə avtomaşında pulları axtarmağa başlayıblar: “Lakin avtomaşının bütün yerlərini axtarmağımıza baxmayaraq oradan pul tapa bilmədik. Avtomaşında bir ədəd qara rəngli mobil telefon olub. Həmin mobil telefonu Natiq götürsə də, sonradan həmin telefonu onun əlindən alaraq tullamışam. Türkün avtomobilini orada qoyaraq getmişik. Natiqlə birlikdə Çılpaqlı qəsəbəsinə gəlmişik. Birlikdə qəsəbədə olan kafeyə gedərək pivə içmişik, sonra evimizə getmişik”.

Natiq Əhmədov da digər təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə uyğun danışaraq, günühasız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

“Dəymiş ziyan ödənilməyib”

Zərərçəkmiş şəxs qismində ifadə verən Sadrettin Akkurt bildirib ki, 2006-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Galaksi” MMC-nin müdürü vəzifəsində işləyir, şirkətin Azərbaycanın müxtəlif şəhərlərində ofisləri var: “Qardaşım Akkurt Kiyas isə Gəncə şəhərində yerləşən ofisin müdiri vəzifəsində işləyir. Aprelin 3-də, saat 13 radələrində Gəncə şəhərinə qardaşım Kiyasın yanına getdim, satışdan əldə olunmuş 54000 manat pulu Bakı şəhərinə aparmaq üçün onu Kiyasdan götürdüm. Həmin məbləğə dair qəbzdə vermişəm. Hər dəfə pul götürəndə hesabata nəzarət etmək üçün pul götürdüyüm şəxsə qəbzdə təqdim olunur. Həmin gün saat 18 radələrində Gəncə şəhərindən özümə məxsus “Toyota Land Cruiser” markalı avtomobillə Şirvan şəhərinə gələrək gecəni orada qalmağı, səhəri günü isə Bakıya getməyi qərarlaşdırdım. Şirvan şəhərinə çatıb, şirkətin M.Əsədov küçəsi ilə M.Aydınov küçəsində yerləşən ofisə getdim, dəmir yolunu keçdikdən sonra qarşımda 20-25 yaşlarında bir nəfər şəxsin velosiped sürdüyünü gördüm. Ona yaxınlaşarkən o, qəfildən yerə yıxıldı. Həmin şəxsi vurduğumu zənn edərək avtomobili saxlayaraq düşdüm. Ona yaxınlaşaraq qaldırmaq istədim. Bu zaman arxadan başıma nə isə dəydiyini hiss etdim. Üzü aşağı yerə yıxılaraq özümü itirdim. Bundan sonra nə olduğunu xatırlamamışam, ayıldıqda xəstəxanada olduğumu görmüşəm. Türkiyəyə müalicəyə getmişəm, oradan qayıtdıqdan sonra öyrənmişəm ki, mənə qarşı quldurluq cinayət əməlini törətmiş şəxslər 54000 manat pulumu və “Samsung Galaxy J1” markalı mobil telefonunu aparıblar. Hazırda avtomobili mənə qaytarılsa da, dəymiş maddi ziyan olan 54000 manat və “Samsung Galaxy J1” markalı mobil telefon qaytarılmayıb”.

Digər tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib, onların barəsində olan hökm qüvvədə saxlanılıb.

Aslan
”Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda taksi sürücüsünə qarşı cinayət törədildi

    Bakıda taksi sürücüsünə qarşı cinayət törədildi ...

    4-02-2015, 12:30

  • 
  • Bakıda ağır cinayət: tanışların mübahisəsi ölümlə nəticələndi

    Bakıda ağır cinayət: tanışların mübahisəsi ölümlə ...

    15-08-2013, 10:28

  • 
  • Taksi sürücülərini soyanlara hökm oxundu

    Taksi sürücülərini soyanlara hökm oxundu ...

    27-09-2015, 16:12

  • 
  • Ağır qəza törədən sürücüyə hökm oxundu

    Ağır qəza törədən sürücüyə hökm oxundu ...

    23-05-2016, 17:07

  • 
  • Şirvanda ağır qəza: ölən və yaralananlar var

    Şirvanda ağır qəza: ölən və yaralananlar var ...

    9-02-2015, 10:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu