GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Yol polisinin rəhbər şəxsləri mənə hədə-qorxu gəlirlər”

“Yol polisinin rəhbər şəxsləri mənə hədə-qorxu gəlirlər”

Tarix: 28-09-2017, 12:30 Bölmə :Cəmiyyət Baxış: 475
“Yol polisinin rəhbər şəxsləri mənə hədə-qorxu gəlirlər”


Mustafa Namazov: “Dövlət Yol Polisinin üç əməkdaşına qarşı cinayət işi bağlı saxlanılır”

Bakının Sabunçu rayonunda Mustafa Namazova qarşı Dövlət Yol Polisinin əməkdaşları tərəfindən edilən quldurluq hadisəsi ilə bağlı prokurorluq cinayət işi açmır.

Bu barədə “Gündəm Xəbər”ə yenidən müraciət edən şikayətçi bildirib ki, yol polisinin rəhbər şəxsləri ona hədə-qorxu gəlirlər, şikayətini geri götürməsini tələb edirlər: “Onlar mənə qarşı quldurluq edənlərə himayədarlıq edirlər. Onların barəsində ciddi tədbirlərin görülməsinin qarşısını almağa çalışırlar”.

Mustafa Namazov qeyd edib ki, Sabunçu rayon Prokurorluğunda iş başalnasa da, şikayət üzrə cinayət işi açılmır: “Prokurorluq şikayətimi material şəkilində saxlayıb, iş başlanmır. Belə başa düşürəm ki, burada prokurorluğun maddi marağı var. Bu səbəbdən işi icraatında neçə aydır ki, material şəkilində saxlayıb. Prokurorluq işi icraatında material şəkilində saxlaya bilir. Nə xitam verə bilir, nə də ki, cinayət işi aça bilir. Xitam verə bilmir ki, ortalıqda quldurluq cinayəti var. Cinayət işi də başlaya bilmir ki, başqa təzyiqlər var. İşlə bağlı ciddi tədbir görülməsini istəyirəm”.

Qeyd edək ki, bir müddət əvvəl “Gündəm Xəbər”ə şikayət məktubu göndərən Bakı şəhər sakini Mustafa Namazov bildirmişdi ki, bu il iyunun 6-da Olimpiya stadionu ilə üzbəüz körpünün yaxınlığında idarə etdiyi 99 KV 892 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobili Dövlət Yol Polisinə

məxsus 348 və 494 nömrəli maşında olan 3 əməkdaş tərəfindən saxlanılıb. Şikayətçinin sözlərinə görə, yol polisi əməkdaşları ona sərxoş vəziyyətdə avtomobili idarə etdiyini deyiblər: “Bildirdim ki, sərxoş deyiləm, istədiyiniz yerə gedərək müayinədən keçə bilərəm. Ancaq onlar məni döyərək avtomobilimi əlimdən almaq istədilər. Sonra yanımda oturaraq avtomobilimi “Xəmsə” şadlıq sarayının yanındakı cərimə meydançasına apardılar”.

Şikayətçinin sözlərinə görə, cərimə meydançasının yaxınlığında yol polisi əməkdaşları onu döyüb, avtomobilini əlindən alıblar: “Onlara bildirdim ki, maşında 1150 manatım və “Samsunq” markalı bahalı telefonum qalıb, icazə verin, pulumu və telefonumu götürüm. Amma onlar maşından pulumu və telefonumu götürməyimə imkan vermədilər. Avtomobili cərimə meydançasına apardılar. Maşının cərimə meydançasında saxlanılması barədə heç bir akt tərtib edilmədi. Sonradan avtomobilimi cərimə meydançasından götürdüm. Amma nə pulum, nə də telefonum geri qaytarıldı”.

Mustafa Namazov qeyd edib ki, həmin gün Yasamal rayonunda sərxoşluq müayinəsindən keçib: “Müayinə zamanı sərxoş olmadığım müəyyən edildi. Həmin gün ağrılarımla əlaqədar 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etdim, sonra baş verənlərlə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə şikayət ərizəsi verdim. Bu günə kimi heç bir tədbir görülməyib. Yol polisinin 3 əməkdaşı məni döyərək quldurluq cinayəti törədiblər”.

Şikayətçi qeyd edib ki, hadisə ilə bağlı Baş prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubov, Sabunçu rayon prokuroru Ceyhun Şirinova müraciət edib:“Müraciətimdə mənə qarşı quldurluq törədən yol polisinin əməkdaşları barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə cinayət işi açılaraq, istintaqın aparılması barədə müvafiq göstəriş verilməsini xahiş etdim. Şikayətimdən sonra Sabunçu rayon Prokurorluğunda araşdırma başlandı, prokurorluğa çağırıldım. Müstəntiq izahatımı və ifadəmi aldı. Bundan 2 ay müddət keçməsinə baxmayaraq, nəticə yoxdur”.

Aslan
Gündəm Xəbər

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polislərdən sürücüyə qarşı görünməmiş quldurluq

    Polislərdən sürücüyə qarşı görünməmiş quldurluq ...

    29-08-2017, 13:20

  • 
  • Prokurorluq işçisi həbs edilib

    Prokurorluq işçisi həbs edilib ...

    7-10-2013, 14:47

  • 
  • Prokurorluq İqtisad Universitetini "ələməyə başladı"

    Prokurorluq İqtisad Universitetini "ələməyə ...

    21-09-2017, 14:30

  • 
  • Sankt-Peterburqda İ.Rəcəbəliyevaya və onun ailə üzvlərinə qarşı qanunazidd hərəkətlərə yol vermiş polis əməkdaşları barəsində cinayət işi başlanılıb

    Sankt-Peterburqda İ.Rəcəbəliyevaya və onun ailə ...

    17-12-2015, 16:52

  • 
  • Peşə məktəbinin vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

    Peşə məktəbinin vəzifəli şəxsləri barəsində ...

    3-08-2017, 19:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu