Dövlət ümumi təhsil müəssisələri və müəllimlər üçün keçirilən 1-ci qrant müsabiqəsinə yekun vurulub. Ümumi təhsil müəssisələri üzrə 37 layihəyə 700 min, fərdi kateqoriyalar üzrə 83 layihəyə 300 min manat ayrılıb.
gundemxeber.az cebhe.info-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib. E.Əmrullayev deyib ki, Təhsil Nazirliyi təqdim olunmuş layihələrdən 120 layihənin maliyyələşdirilməsinə qərar verib. "Layihələr seçilərkən problemin qoyuluşu, bölgə və məktəb üçün əhəmiyyəti nəzərə alınıb. Məsələn, istedadlı şagirdlərin seçilməsi, dərsdən və sinifdənkənar məşğələlər üzrə layihələr təqdim edilib”, -E.Əmrullayev söyləyib. Ümumi təhsil müəssisələrinin təqdim etdiyi layihələr üçün maksimum 100 min, fərdi qaydada verilən layihələr üçün isə 10 min manat nəzərdə tutulub. Müsabiqə şərtləri Nazirlər Kabinetinin qaydaları üzrə tənzimlənir. Şöbə müdiri deyib ki, layihə seçilərkən problemin aktual olub-olmadığı da nəzərə alınıb. "Əsas məqsəd pedaqoji işçilərin peşə fəaliyyətinin yüksəldilməsinə yönəldilib. 1-ci qrant layihəsində gözlədiyimizdən də çox müraciətlər daxil oldu. Qrant müsabiqəsinin 2-ci mərhələsi keçiriləcək, müraciətlərin daha çox olacağını düşünürük”, -Əmrullayev əlavə edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə deyib ki, Təşkilat komitəsi yaradılıb. Layihələrin seçimi ekspertlər tərəfindən aparılıb. Layihəsi qəbul olmayanlar apellyasiya şikayəti verə bilərlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?