Bəzi özəl kurslar tibb sahəsində təhsil verir. Bununla bağlı müxtəlif yerlərdə elanlara rast gəlirik. Əsasən də tibb bacısı hazırlığı kimi elanları görmək mümkündür. Bəs görəsən belə kurslari bitirənlər dövlət orta ixtisas məktəblərinin məzunlari ilə eyni təhsili alirmi? Yaxud özəl kurslarda 12 aya tibb bacısı olmaq mümkündürmü? Son vaxtlar çoxalan belə kurslarla bağlı əməkdaşlarımız araşdırma aparıb.
gundemxeber.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtda fəaliyyət göstərən tədris kurslarından birinin elanında tibb bacısı kursları təşkil edilir. Elanda hətta kursun proqramı da yazılıb. Yəni bura müraciət edənlərə daxili orqanlar, daxili xəstəliklər, labarator əşyalardan istifadə, iynə vurulması, sistem köçürülməsi, infeksion xəstəliklər, qrip, hətta quş qripi, allergiya və dərmanlar haqqında biliklər verilir. Həmçinin belə kurslarda gənclərə ilkin tibbi yardım göstərmək də öyrədilir. Bütün bunlar isə cəmi 12 aya tədris olunur. Dövlət orta ixtisas məktəblərində isə tibb bacısı diplomuna yiyələnmək üçün tələbələr 3 il təhsil alır. Sual yaranır, görəsən özəl kurslarda belə qısa müddətə tibb bacısı olmaq mümkündürmü?
Belə çıxır ki, özəl kursları bitirmək gənc qızların özləri üçün yaxşıdır. Yəni bu kimi kursların tibb ixtisasının məzunları lazım gəldiyi zaman ilkin tibbi yardım göstərə bilər, təzyiq ölçə və ya müəyyən əzələdaxili iynələri vura bilərlər. Paytaxt sakinlərindən özəl kurs, yoxsa orta ixtisas məktəbinin məzunlarına daha çox etibar etdiyini də soruşduq.
Tibb ixtisası bitirən özəl kurs məzunlarının iş məsələsi də sual altındadır. Bir neçə özəl klinikadan və tibb mərkəzindən aldığımız məlumata görə, belə müəssisələr işə heç bir kurs məzununu götürmür.
Səhiyyə Nazirliyindən isə bildirdilər ki, belə kursları tanımırlar və məzunlarını da heç bir dövlət müəssisəsində işə qəbul etmirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?