Nizami rayonu, Qara Qarayev küçəsi 70 ünvanında Bəhram adlı şəxs intihara cəhd göstərmək istəyir.
gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, intihar etmək istəyən şəxs beşmərtəbəli binanın eyvanına çıxıb, müxtəlif tələblər irəli sürür. Əks halda itihar edəcəyini bildirir. Onu xilas etmək istəyənləri yaxınlığına buraxmır. Yaxınlaşan zaman özü ilə götürdüyü ülgüclə qollarını doğrayır.
Hazırda hadisə yerində olan polis əməkdaşları onunla söhnət aparırlar.
İntihara cəh etmək istəyən şəxs musavat.com-un əməkdaşına bunları deyib: "Get yaz ki, banklar məni boğaza yığıb. Hər şeyimi əlimdın alıblar".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?