GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hamamda nişanlısı ilə görüşən oğlandan DƏHŞƏTLİ ƏMƏL - Bakıdakı olayın ŞOK TƏFƏRRÜATI

Hamamda nişanlısı ilə görüşən oğlandan DƏHŞƏTLİ ƏMƏL - Bakıdakı olayın ŞOK TƏFƏRRÜATI

Tarix: 7-10-2017, 17:30 Bölmə :Cəmiyyət Baxış: 355
Hamamda nişanlısı ilə görüşən oğlandan DƏHŞƏTLİ ƏMƏL - Bakıdakı olayın ŞOK TƏFƏRRÜATI


Bakıda nişanlısının qətlində və onun bacısına xəsarət yetirməkdə ittiham olunan Nəcəf Məcidovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Nəcəf Məcidovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəcəf Məcidov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nəcəf Məcidov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin olunan hökmün dəyişdirilməsini, ona aşağı həddə cəza təyin edilməsini xahiş edib.
İttihama görə, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.
Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı biçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib.
Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.
Nəcəf Məcidov əməliyyat məlumatı əsasında saxlanılıb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.
Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.
Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub.
Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. İlahə Ağayeva hadisə yerində ölüb, Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.
Nəcəf Məcidov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.
İttihama münasibət bildirən Nəcəf Məcidov özünü təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, cinayət işində bəzi qaranlıq qalan məqamlar var. Onun sözlərinə görə, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərindəki hamamda görüşüblər: “Həmin vaxt biz hamamda olanda qapını içəridən bağlamışdım. Yazılıb ki, qapı açıq olmayıb, qapını zorla açıblar. Əslində isə belə deyil. Biz həmişə hamamda görüşürdük. Hava soyuq olduğu üçün qapını da içəridən bağlayırdıq ki, isti olsun. Həmin gün də qapını içəridən bağlamışdım. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım.
Həmin vaxt Rəhimə orada olmayıb. İlahə ilə mübahisə etdiyim üçün əsəbi idim, çölə çıxandan sonra Rəhimə ora gəldi və qışqıraraq üstümə hücum çəkdi. Mən də onu vurdum. Həmin vaxt özümdə olmamışam”.
Nəcəf Məcidov qeyd edib ki, son günlər İlahə ilə münasibətləri pozulubmuş: “Ona iradlarımı bildirirdim, əhəmiyyət vermirdi. Həmin gün biz hamamda görüşmüşük, hamamın qapısını bağlamaqda məqsədim havanın soyuq olması idi. Orada söhbətimizi etmişik, söhbət zamanı aramızda mübahisə yarandı. İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum”./pubika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nişanlısını vəhşicəsinə öldürdü, 18 il HƏBS EDİLDİ

    Nişanlısını vəhşicəsinə öldürdü, 18 il HƏBS EDİLDİ ...

    20-07-2017, 16:12

  • 
  • Qadını şantaj edən gəncə yüngül cəza

    Qadını şantaj edən gəncə yüngül cəza ...

    11-09-2016, 14:18

  • 
  • Sevdiyi qızı öldürən gəncə ömürlük cəza tələbi

    Sevdiyi qızı öldürən gəncə ömürlük cəza tələbi ...

    23-05-2016, 17:11

  • 
  • Qətl törədən 22 yaşlı gəncin şikayəti təmin edilmədi

    Qətl törədən 22 yaşlı gəncin şikayəti təmin ...

    15-01-2016, 12:02

  • 
  • Bələdiyyə sədrinin və onun müavinin şikayəti təmin edilmədi

    Bələdiyyə sədrinin və onun müavinin şikayəti ...

    23-12-2015, 14:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu