gundemxeber.az ARB TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonu Seyfəli kəndində 35 yaşlı Ruslan Abbasov və 32 yaşlı Taleh Abbasov döyülüblər.
Qardaşlardan biri ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, Ruslan Abbasov isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Yaxınlarının deməsinə görə, qardaşlara dava etdikləri əmilərinin oğlu Qəmbər Abbasov xəsarət yetirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?