Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının həbs müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.
Bu il oktyabrın 6-da Bakının Nəsimi rayon Məhkəməsi Gözəl Bayramlı barəsində həbs qətimkan tədbirinin müddətinin daha 2 ay (dekabrın 15-dək) uzadılması barədə qərar qəbul edib. AXCP sədr müavininin həbs qətimkan tədbirinin uzadılması barədə vəsatəti baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı ilə müstəntiq verib.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min ABŞ dollarI pul tapıldığı bildirilir.
G.Bayramlı deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?