GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baytarlıq Xidmətinin şok maxinasiyası: Azər Süleymanov bal yarmarkasını necə zəhərləyir?

Baytarlıq Xidmətinin şok maxinasiyası: Azər Süleymanov bal yarmarkasını necə zəhərləyir?

Tarix: 19-10-2017, 18:19 Bölmə :Cəmiyyət Baxış: 403
Baytarlıq Xidmətinin şok maxinasiyası: Azər Süleymanov bal yarmarkasını necə zəhərləyir?


Ölkə rəhbərliyinin xüsusi diqqətdə saxladığı məsələlərdən biri də əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etmək, habelə süni-qiymətartımının qarşısını almaqdır. Bu məqsədilə Respublikanın rayon və şəhərlərində kənd təsərrüfatı yarmarkaları təşkil edilir. Bu yarmarkalarda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ümdə vəzifəsi satılan heyvan mənşəli məhsulların keyfiyyətinə və təhlükəsizliyinə cavabdeh olmaqdır. Həmçinin hər il Bakı şəhərində keçirilən “Bal” yarmarkaları da əhaliyə xidməti ilə digər satış mərkəzlərindən fərqlənməlidir. Lakin təəssüflər olsun ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bal yarmarkası ilə bağlı fəaliyyətindəki nöqsanlar ciddi narahatlıq yaradır. Bununla bağlı əldə etdiyimiz məlumatları diqqətinizə çatdırırıq.

İlk olaraq bildirək ki, ötən il keçirilən bal yarmarkası ilə bağlı ciddi qalmaqal yaşanmışdı ki, bunun da əsas mənbəyi məhz Dövlət Baytarlıq Nəzarəti Xidməti idi. 2016-ci ildə keçirilən bal yarmarkasında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərədindən nəzarət üçün təyin edilən Fərmayıl adlı nümayəndə Astara rayon sakini Hüseynov Usaməddinlə sövdələşərək, rüşvət müqabilində 17 flyaq saxta balını satış məqsədilə yarmarkaya buraxmışdı. Bir müddət saxta bal istehlakçılara satıldıqdan sonra, bundan xəbər tutan arıçıların səslərinin qaldırılmasından çəkinən Azər bəy Fərmayılı və Usaməddini yarmarkadan kənarlaşdırdı. Şübhəsiz ki, Fərmayılın bu qanuna zidd əməlləri kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun “əli kürəyində” olan baş baytar Azər Süleymanovun “nəzarətində” olmadığına inanan az adam olar. Çünki Azər müəllim təyin etdiyi nümayəndəsinin nə ilə “nəfəs” aldığını yaxşı bilir. Azər Süleymanov kiminsə alınmış rüşvəti onunla bölüşmədən tək mənimsəməsini qəbul etməz.
Bu günlərdə Bakıda növbəti bal yarmarkası start götürüb. Oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin öncədən yaydığı rəsmi məlumatda deyilir: “Yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 19 –dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:

Şəxsiyyət vəsiqəsi;
Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi);
Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə;
Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktub.

Yarmarkada satışa yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar çıxarılacaq”.
Başqa sözlə, müəyyən edilmiş qaydalara görə, yarmarkaya Respublika Baytarlıq Laboratoriyasında keyfiyyəti yoxlanmış və müvafiq sertifikat verilmiş mal məhsulu çıxarılmalıdır. Elə bu səbəbdən də bu ilki yarmarkada da arıçılar Azər müəllimin onlar üçün qurduğu “tələyə” düşməkdən qorxurlar. Bununla bağlı cumhuriyyet.az olaraq bəzi məqamlar üzərində xüsusi olaraq dayanmaq istərdik. Verilən məlumata görə arıçılar yarmarkaya çıxardıqları balın keyfiyyətini yoxlamaq və müəyyən edilmiş forma üzrə sertifikat almaq üçün ərazi üzrə Zona Baytarlıq Laboratoriyalarından balın keyfiyyətli olması barədə ekspertiza aldıqdan sonra, Azər müəllim balda eyni prosedurların, eyni parametlərin yoxlanması üçün arıçıları bu dəfə Zona Baytarlıq Laboratoriyaları ilə eyni funksiyanı daşıyan Respublika Baytarlıq Laboratoriyasına yönəldir. Bu qanunsuz hərəkətlər nəticəsində vaxt itgisi ilə qarşılaşan bal sahibləri bal nümunəsini təkrar Bakıda yerləşən Respublika Baytarlıq Laboratoriyasına verməsi üçün Bakı şəhərinə gəlməli, günlərnən müayinənin cavabını gözləməli, gündəlik xərc sərf etməli və nəhəyyət ikinci dəfə xidmət haqqı ödəməyə məcbur edilir. Çox təəccüblüdür ki, Zona baytarlıq laboratoriyalarında keyfiyyətli çıxan bal, Respublika Baytarlıq Laboratoriyasında müayinədə “saxta” hesab olunur. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Fizuli Quliyevin elə baytarlıq xidmətinin rəsmi saytında yer alan açıqlamasında deyilir: “Laboratoriyaya 3367 nümunə daxil olub. Anbara təxminən 130 tona yaxın bal təhvil verilib. Bu nümunələrdən 509-u, yəni 20 tona yaxını keyfiyyət standartlarına uyğun gəlməyib və təşkilatçılar bu barədə məlumatlandırılıb. Həmin ballar satışa buraxılmayacaq, yarmarka başa çatana qədər anbarda saxlanılacaq”. Bildirək ki, F.Quliyevin yoxladığı məhsullar elə Baytarlıq Xidmətinin Zona labarotoriyasından keçən məhsullardır. Paradoksal haldır ki, A. Süleymanovun bu gün rəhbəri olduğu quruma tabe olan iki laboratoriya eyni bal nümunəsini biri keyfiyyətli, biri isə saxta çıxarır. Eyni quruma bir nümunə bal üçün iki dəfə vəsait ödənilməsi balın maya dəyərini dəfələrlə artırır. Sahibkarları məcburi qiymətartımına vadar edir. Sual olunur: “Onda Dövlət Xidmətinin ərazi üzrə fəaliyyət göstərən 12 zona baytarlıq laboratoriyası nəyə lazımdır”?
Amma iş bununla da bitmir. Keçirilən bal yarmarkası ilə bağlı cumhuriyyet.az olaraq başqa bir imaraqlı detala da diqqət yetirmək istərdik. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəsmilərinin verdiyi məlimata əsasən “bal satış” yarmarkasında Mini Laboratoriya təşkil edilir. Respublika Baytarlıq Laboratoriyasın əməkdaşının rəhbərlik etdiyi “mini” laboratoriya istehlakçının istəyi ilə və vəsaiti hesabına satışda olan balı təkrarən yoxlayıb cavab vermə statusuna malikdir. Elə bu prosesə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Fizuli Quliyev rəhbərlik edir və onun qurumun rəsmi saytında yer alan açıqlamasında deyilir: “yarmarkaya gələnlər aldıqları məhsulun keyfiyyətindən tam arxayın ola bilərlər. Laboratoriya əməkdaşları müayinəni dəqiqliklə aparırlar ki, insanlar aldıqları bala görə peşman olmasınlar”. İndi sual olunur: Satışa çıxarılan bal məhsulu Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib keyfiyyətcə “yaxşı” hesab edilərək sertifikatla yarmarkaya buraxılıbsa, onda Respublika Baytarlıq Laboratoriyasının əməkdaşı öz işlədiyi laboratoriyası tərəfindən keyfiyyətlidir ekspertizası verilən məhsula “Keyfiyyətsizdir” cavabı verərmi? Bundan başqa, hələ ki, balın laborator müayinəsi üçün ekspres metodika işlənib hazırlanmayıb. Bir bal nümunəsinin müayinəsi üçün 2-3 saat müddət gərəkdir. Yox bir, alıcı balı həm almasına görə, həmidə təkrar laboratoriya müayinəsinə (bir nümunənin müayinə haqqı 6 AZN) vəsait xərcləməklə, hətta 2-3 saatda müayinə cavabı gözləyəcək? Bu şou ilə kimin gözünə kül üfürürsünüz? Bu oyunlar yalnız və yalnız Azər müəllimin yeni pul tələsidir./cumhuriyyet.net
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağstafada satış üçün nəzərdə tutulan murdar olmuş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb

    Ağstafada satış üçün nəzərdə tutulan murdar olmuş ...

    3-12-2015, 21:29

  • 
  • Prezident İlham Əliyev "Baytarlıq şəhərciyi"nin açılışında iştirak edib

    Prezident İlham Əliyev "Baytarlıq ...

    28-12-2015, 13:40

  • 
  • Baytarlıq Xidməti: infeksiya aşkarlanmadı

    Baytarlıq Xidməti: infeksiya aşkarlanmadı ...

    16-02-2017, 17:58

  • 
  • Baytarlıq İdarəsinə rəis təyin olunub

    Baytarlıq İdarəsinə rəis təyin olunub ...

    9-12-2013, 17:28

  • 
  • Abşeronda 4 ton şübhəli ət tapıldı

    Abşeronda 4 ton şübhəli ət tapıldı ...

    9-01-2016, 22:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu