Yol polisi əvvəlcə cərimə protokolu yazdı, ardınca isə ötməni qadağan edən nişan quraşdırdı.
gundemxeber.az bildirir ki, Ağdam sakini Elşad Əhmədov iddia edir ki, sentyabr ayının 30-da rayonun dörd yol adlanan ərazisində avtomobillə hərəkətdə olarkən ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı ona bildirib ki, ərazidə ötmə əməliyyatı qadağandır və sürücü qarşı hərəkət zolağına çıxaraq yük maşınını ötüb.
Sürücü isə bildirib ki, ərazidə ötmə əməliyyatını qadağan edən heç bir yol nişanı, yaxud da asfalt üzərində heç bir xətt yoxdur. Elşad Əhmədovun etirazına baxmayaraq polis tərəfindən protokol tərtib edilərək 60 manat cərimə və 3 bal yazılıb.
Elşad Əhmədov məsələ ilə bağlı Baş Dövlət Yol polisi idarəsinə rəsmi müraciət edib. Onun sözlərinə görə, bundan sonra yol polisləri ərazidəki sürət həddini bildirən yol nişanının altına ötmək qadağandır nişanını vurublar.
Sürücü bunun fotosunu çəkərək yenidən Baş Dövlət Yol polisi idarəsinə müraicət edib. Bu dəfə isə polis ötmək qadağandır nişanını əraziyə ayrıca yerləşdirilib.
Elşad Əhmədov cərimə protokolunu ləğv etdirmək üçün məhkəməyə müraciət edəcəyini deyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?